Yuxarı

O, polisin vanna otağında öhdəlik götürüb… - Həsənquliyev

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
O, polisin vanna otağında öhdəlik götürüb… - Həsənquliyev

Mənim müşahidələrimə görə, belə bir işbirliyi artıq mövcuddur. Bu gün Azərbaycanda klassik mənada iqtidar-müxalifət münasibətləri mövcud deyil.

Hər iki düşərgədə islahatları dəstəkləyənlər və ona qarşı bütün gücü ilə müqavimət göstərmək istəyənlər var.

Axar.az xəbər verir ki, bu sözləri BAXCP sədri Qüdrət Həsənquliyev Milli Şura ilə iqtidar daxilindəki bəzi qüvvələrin iş birliyinə girməsi haqda sualı cavablandırarkən deyib.

Q.Həsənquliyev bildirib ki, belə bir iş birliyi artıq mövcuddur:

“Son illər xaricə qaçıb, hazırda özlərini çox ədəbsiz aparan insanların bəzilərinə onların, ailə üzvülərinin xahişi ilə, insanlara ikinci bir şans verilməsinin tərəfdarı kimi kömək etmişəm. Onların bəziləri nələrinsə qarşılığında nəinki radikallıqdan imtina etməyə, hətta Prezidentin iti olmağa razı idilər. Amma onlar sonradan iqtidar daxilindəki bəzi əxlaqsız mafiozlar tərəfindən ələ alınaraq məqsədyönlü şəkildə narazı salındılar, Prezidentə təzyiq edib islahatları dayandırmaq məqsədilə onu, ailə üzvlərini və islahatları müdafiə edən şəxsləri söydürmək üçün xaricə göndərildilər. İndi həmin adamlar hərdən mənə də hürməklə keçmişlərini unutdura biləcəklərini düşünürlər. Amma onlara sifariş verən namussuzlar anlamırlar ki, üzdə Prezidentin ayağını öpüb, arxada belə şərəfsiz işlərlə məşğul olmağın axırı yoxdur. Cidanı çuvalda gizlətmək olmaz və hər kəs gec-tez ifşa olunaraq layiq olduğu cəzanı alacaq. Milli Şuranın "lideri" isə başının dəstəsi ilə nahaq yerə "fit müxalifəti" adını qazanmayıb. Hamı bilir ki, o, tapşırıqla 19 oktyabrda razılaşdırılmamış aksiya keçirdi. Çünki orta səviyyədən aşağı siyasətçi də seçkilərə 10 aydan az qalmış bir dövrdə polislə toqquşmaya getməzdi. Aranı qarışdırmaq istəyən daxili və xarici qüvvələr ondan istifadə etmək istədi, amma iqtdar sifarişçilərdən daha qabiliyyətli olduğundan, Əli Kərimlidən daha çox faydalandı. Artıq hər kəs kuluarlarda danışır ki, o saxlanılarkən sonradan təsvir etdiyi "polisin vanna otağında" seçkilərə qatılmayacağı barədə öhdəlik götürüb. Ona görə də hətta seçkiləri müşahidə də etmədi”.

Tarix
2020.02.26 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident sərəncamı: 34 ölkə vətəndaşlarına vizasız rejim...

Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...

Yeni proqramda Qarabağ ideologiyası yoxdur - Paşinyan

Azərbaycan Mərkəzi Afrika Respublikasına başsağlığı verdi

Bakıda mühüm beynəlxalq konfrans keçiriləcək

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla