Yuxarı

General Əli Nağıyevə ağır itki

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
General Əli Nağıyevə ağır itki

Milli Məclisin sabiq deputatı, hakim Yeni Azərbaycan Partiyasını yaradan "91-lər"dən biri Həsən Mirzəyev bu gün dünyasını dəyişib.

Modern.az-ın məlumatına görə, 87 yaşlı professor səhhətinin pisləşməsi ilə əlaqədar bir neçə gün öncə xəstəxanaya yerləşdirilmişdi.

Həsən Mirzəyev 1927-ci il noyabr ayının 26-da Qərbi Azərbaycanda, Dərələyəzin Qovuşuq kəndində anadan olub. O, 1948-ci ildə orta məktəbi, 1950-ci ildə Naxçıvan Dövlət Müəllimlər İnstitutunu bitirib, 1965-1987-ci illərdə namizədlik və doktorluq dissertasiyasını müdafiə edib.

Uzun illər ADPU-nun Müasir Azərbaycan dili kafedrasına rəhbərlik edən H.Mirzəyev 200-dən artıq elmi əsərin, 12 cildlik monoqrafiya da daxil olmaqla 21 kitab və 8 tədris proqramının müəllifidir. Alimin rəhbərliyi ilə bir çox elmlər namizədi və doktoru yetişdirilib. Azərbaycan filologiya elminin inkişafında müstəsna xidmətləri olan H.Mirzəyev Azərbaycan dilçiliyində feil bəhsi üzrə məktəb yaradıb.

21 noyabr 1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, YAP-ın üç qurultayının üçündə də YAP Siyasi Şurasına üzv seçilib.

Azərbaycan Respublikası Milli Məclisinin I çağırışında 22 saylı Binəqədi ikinci seçki dairəsindən deputat seçilib. Həsən Mirzəyev 2002-ci ildə Prezident Heydər Əliyevin fərmanı ilə "Şöhrət" ordeninə, 2007-ci ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə Əməkdar elm xadimi fəxri adına layiq görülüb.

Xatırladaq ki, Həsən Mirzəyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, general Əli Nağıyevin qayınatasıdır.

Tarix
2015.02.25 / 15:49
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla