Yuxarı

Səyyar əmək birjaları təşkil olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səyyar əmək birjaları təşkil olundu

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən məşğulluq xidmətlərinin əhaliyə daha yaxın olması məqsədilə Bakı şəhərinin rayonlarında səyyar formada əmək birjaları təşkil olunur.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, səyyar əmək birjası müvafiq texniki avadanlıqlarla təmin edilmiş nəqliyyat vasitəsilə təşkil edilir. Müəyyən olunmuş günlərdə paytaxtın ayrı-ayrı ərazilərində fəaliyyət göstərən səyyar əmək birjalarında müraciət edən yerli işaxtaran vətəndaşlar müəssisələrdəki boş (vakant) iş yerləri, habelə müvəqqəti xarakterli işlər barədə məlumatlarlandırılırlar. Vətəndaşlara işləmək istədikləri və əmək qabiliyyətlərinə uyğun boş iş yerlərinə yerindəcə göndərişlər verilir, lazımi hallarda onlar digər aktiv məşğulluq tədbirlərinə cəlb olunmaq üçün qeydiyyata alınırlar.

Cari ilin əvvəlindən Bakı şəhərinin müxtəlif yerlərində işsiz və işaxtaran vətəndaşlar üçün artıq 7 səyyar əmək birjası təşkil olunub və nəticədə 100 nəfərə yaxın artıq şəxsə boş iş yerlərinə göndərişlər verilib, 43 nəfər peşə hazırlığına cəlb edilmək üçün qeydiyyata götürülüb. Növbəti belə tədbir sabah, 27 fevral tarixində Binəqədi rayon ərazisində (7-ci m.rayon, S.S.Axundov küç. İnqilab kinoteatrının yaxınlığı) keçiriləcək.

Səyyar əmək birjasında işaxtaran şəxslərə rayon məşğullluq mərkəzinin bazasında olan, fəhlə və qulluqçu peşələri üzrə 770-dən çox boş iş yeri təklif olunacaq. Bu tədbirlərin mütəmadi olaraq bütün il boyu davam etdirilməsi nəzərdə tutulur.

Tarix
2015.02.26 / 12:20
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın notasına cavab verdi

Əliyevdən Zelenskiyə: Bu cür hücumlar qəbuledilməzdir!

Səfirliyə hücum: Zelenski İlham Əliyevə zəng etdi

Azərbaycan Rusiyaya nota verdi

İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq

Bakı və İrəvan doğru siyasət yürüdür - Papuaşvili

Rusiya vurdu, səfirliyimizə ciddi ziyan dəydi - Video

Bakı məlumat verdi, türk polisi əməliyyat keçirdi - Video

Dövlət idarəçiliyində əsas ölçü meyarı xalqın maraqlarıdır

Mehdiyevlə bağlı gündəmi silkələyəcək ssenari...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla