Yuxarı

Həmzəyev Gürcüstanın baş konsulu ilə görüşdü – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həmzəyev Gürcüstanın baş konsulu ilə görüşdü – Foto

YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Naqif Həmzəyev Gürcüstanın Gəncədəki Baş konsulu Nikolos İaşvili ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə tarixin sınaqlarından keçmiş Azərbaycan və Gürcüstan arasında dostluq münasibətlərindən söz açılıb, bu əlaqələrin hər zaman xalqlarımız, dövlət rəhbərlərimiz tərəfindən daim möhkəmləndirildiyi qeyd edilib.

Azərbaycan və Gürcüstanın nümunəvi mehriban qonşuluq münasibətlərinin bu gün yüksələn xətlə inkişaf etdiyindən söhbət açan millət vəkili Naqif Həmzəyev ölkələrimiz arasındakı əlaqələrin inkişaf perspektivlərinə, hər iki dövlətin birgə iştirakı ilə həyata keçirilən layihələrin əhəmiyyətinə toxunub.

Azərbaycan və Gürcüstanın yüksək səviyyədə olan əməkdaşlıq imkanlarının qarşılıqlı münasibətlərin inkişafında mühüm rol oynadığını bildirən baş konsul Nikolos İaşvili səmimi qarşılanmaya görə təşəkkür edib.

Görüşdə hər iki ölkənin qardaşlaşmış şəhərləri-Gəncə ilə Kutaisi əməkdaşlığından söz açılıb, bu münasibətlərin gələcəkdə, xüsusən gənclər arasında mövcud əlaqələrin daha da genişləndirilməsi üçün müzakirələr aparılıb.

Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.

Tarix
2020.03.04 / 11:25
Müəllif
Axar.az
Digər xəbərlər

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla