Yuxarı

Bülbüloğlu Rusiyanın baş prokuroruna müraciət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bülbüloğlu Rusiyanın baş prokuroruna müraciət etdi

Azərbaycanın Rusiyadakı səfirliyi fevralın 26-da “Tsarqrad TV” telekanalının saytında Vladimir Xomyakovun 1990-cı ilin qanlı 20 yanvar hadisələri ilə bağlı qərəzli və açıq-aşkar təhrif olunmuş məqaləsinə görə Rusiya Federasiyasının Baş Prokurorluğuna və Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar Xidmətinə (Roskomnadzor) etiraz məktubu göndərib.

Bu barədə Axar.az-a Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

Səfir Polad Bülbüloğlunun imzası ilə gedən etiraz məktublarında Azərbaycan tərəfinin qəti etirazı bildirilib və bu məsələ ilə bağlı dövlətimizin mövqeyi ortaya qoyulub: “Qanlı Yanvar” hadisələri ilə bağlı məsələnin Azərbaycan xalqı üçün çox həssas olduğu və Azərbaycan Respublikası Milli Məclisinin 29 mart 1994-cü il tarixli qərarı ilə Bu faciəli hadisələrə siyasi-hüquqi qiymət verildiyi, 20 yanvar tarixinin ümummilli matəm günü elan edildiyi göstərilib. Yüksək səviyyəli dövlət səfərləri zamanı xarici qonaqların, o cümlədən Rusiya Prezidentinin, Xarici İşlər nazirinin, eləcə də digər rəsmi şəxslərin Şəhidlər Xiyabanının xatirə kompleksini ziyarət etdikləri və şəhidlərin xatirəsini ehtiramla yad etmək üçün abidə önünə əklil qoyduğu vurğulanıb. Bu cür yazılar Azərbaycan və Rusiya xalqları arasında düşmənçilik və nifrət toxumları səpmək məqsədi güdür”.

Yuxarıda göstərilənlərin hamısını nəzərə alaraq, səfir Rusiya Cinayət Məcəlləsinin 282-ci maddəsinin və 2006-cı il 27 iyul tarixli "İnformasiya, informasiya texnologiyaları və məlumatların qorunması haqqında" federal qanunun 10.6-cı maddəsinin tələblərinin pozulması iddiası ilə müvafiq araşdırma aparılmasını istəyib.

Tarix
2020.03.04 / 15:59
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə Xəzərdə əməkdaşlığı gücləndirmək istəyirik - Meredov

Yəmən Nümayəndələr Palatasının sədri Bakıya gəldi

İlham Əliyev İordaniya nümayəndə heyəti ilə görüşdü

Yeni böhran: Polşa və Ukrayna düşmənə çevrilir?

Köçəryan Azərbaycana verilir? - Şərh

Bu şəxslərin hüquqları kobud şəkildə pozulub - XİN

İtaliya səfirliyi Bakıdan Tehrana qaytarıldı

İordaniya Nümayəndələr Palatasının sədri Bakıdadır

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla