Yuxarı

Neftin ucuzlaşması qısamüddətli olsa... - Elman Rüstəmov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neftin ucuzlaşması qısamüddətli olsa... - Elman Rüstəmov

Azərbaycan iqtisadiyyatı neftin ucuzlaşmasına kifayət qədər dayanıqlıdır.

Axar.az xəbər verir ki, bunu Real TV-yə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.

“2015-ci ildən sonra ölkədə bir sıra tədbirlər görülüb, iqtisadiyyat neftin yeni qiymətləri üzərində tarazlaşdırılıb. Həm sosial-iqtisadi inkişaf proqnozlarında, həm də dövlət büdcəsində neftin qiyməti azaldılıb. 2015-ci ildə həmin qiymət 90 ABŞ dolları götürülmüşdü, 2020-ci ildə isə 55 ABŞ dollarına endirilib. Bundan başqa, büdcə qaydaları qəbul olunub, Azərbaycan manatının məzənnəsi 1 ABŞ dolları 1,7 manata bərabər olmaqla sabitləşdirilib, 2018-2019-cu illərdə milli valyutanın ucuzlaşması deyil, bahalaşması ilə bağlı təzyiqlər baş verib. Bu illər ərzində valyuta ehtiyatları yaradılıb”, - deyə o, qeyd edub.

“Əlbəttə, neftin 55 dollarlıq qiyməti kifayət qədər yüksəkdir, ölkədə sosial-iqtisadi inkişaf proqramları reallaşdırmağa, iqtisadi inkişafa dəstək verməyə, iqtisadiyyatı sabit saxlamağa imkan verir. Xüsusilə ötən il Azərbaycanda böyük sosial paketlər reallaşdırılıb. Bu gün neft ucuzlaşsa da, hesab edirəm ki, qiymət Azərbaycan üçün təhlükəli deyil. Üstəlik ölkənin valyuta ehtiyatları var ki, bu da illik ümumi daxili məhsula (ÜDM) nisbətdə 110%-ə bərabərdir. Xarici dövlət borcumuzun isə ÜDM-ə nisbəti əvvəlki illərlə müqayisədə xeyli aşağıdır. Bütün bunlar bizə inkidi vəziyyətə nikbin baxmağa imkan verir.

Əgər neftin ucuzlaşması qısamüddətli olsa, Azərbaycan bundan cüzi itki ilə çıxacaq. Çünki ilin əvvəlindən bəri orta qiymət 58 ABŞ dolları olub. Neftin qiyməti 40-50 və yaxud 30-40 ABŞ dolları arasında qərarlaşsa belə, Azərbaycan iqtisadiyyatında kifayət qədər makro-iqtisadi dayanıqlıq var və maliyyə sabitliyi təmin edilə bilər”, - deyə AMB sədri əlavə edib.

Tarix
2020.03.12 / 19:20
Müəllif
Axar.az
Digər xəbərlər

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla