Yuxarı

Nazirliyə 12 min zəng edilib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyinə gələn müraciətlər daha çox təhsil sənədlərinin (diplomların) tanınması, ümumtəhsil müəssisələrində şagirdlərin yerdəyişməsi, ali təhsil müəssisələrinə bərpası və köçürülməsi, müəllimlərin yerdəyişməsi və işə qəbulu ilə bağlıdır.

Nazirlikdən Axar.az-a verilən məlumatda Telefon Məlumat Mərkəzinə ("Qaynar xətt" xidməti, telefon: 146), Kommutator xidmətinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2015-ci ilin fevral ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 5649 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 8 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 1,5 dəfə çox) və Kommutator xidmətinə 3000-ə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 4136 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 568 vətəndaşın sorğusuna uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 1215 sənəd (375 ərizə, 815 məktub, 25 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Tarix
2015.03.02 / 19:25
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Trampdan Azərbaycan və Ermənistanla bağlı paylaşım...

Putini bir müsahibə ilə darmadağın etdi...

BƏƏ prezidentinin Qarabağ səfəri bunu təsdiq etdi – Bayramov

Azərbaycan və BƏƏ arasında 14 sənəd imzalandı

Prezidentlərin Şuşada geniş tərkibdə görüşü oldu - Foto

Minsk prosesinin ləğvi ilə bağlı qərarın icrasına başlanıldı

BƏƏ prezidentinin şərəfinə rəsmi nahar verildi

Prezidentlər Şuşa qalasının önündə foto çəkdirdilər

Prezidentlər Yeni Şuşa məscidindəki işlərlə tanış oldu - Foto

Prezidentlər Milli Xalça Muzeyinin Şuşa filialında - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla