Yuxarı

“Azəriqaz”dan vətəndaşlara yeni xidmət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azəriqaz”dan vətəndaşlara yeni xidmət

"Azəriqaz" İstehsalat Birliyində yeni "Çağrı Mərkəzi" xidməti yaradılıb.

ARDNŞ-dən Axar.az-a verilən məlumata görə, istehlakçılara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, neqativ halların qarşısının alınması, şəffaflığın təmin olunması, xidmətə nəzarətin gücləndirilməsi və yaranmış problemlərin dərhal aradan qaldırılması məqsədi ilə "qaynar xətt" xidməti təkmilləşdirilərək, müştəri xidməti şöbəsinin tərkibində yeni "Çağrı Mərkəzi" xidməti yaradılıb.

Belə ki, abonentlər bundan sonra "104" və "185" nömrəli "qaynar xətt"lərə zəng vuraraq səsli menyünün köməyi ilə müvafiq düymələrdən birini seçməklə öz müraciətlərini ünvanlaya biləcəklər.

Sistemin köməkliyi ilə daxil olan zənglər avtomatik qaydada qeydiyyata alınacaq və yerli qaz istismar sahələrinə elektron formada göndəriləcək. Bu isə daxil olan şikayət və ya təkliflərin dərhal araşdırılaraq həll edilməsinə müsbət təsir göstərəcək. Eyni zamanda, daxil olan bütün müraciətlər arxivləşdiriləcək.

Hazırda xidmət qismən fəaliyyət göstərir. Yaxın vaxtlarda isə tam istifadəyə veriləcək.

Tarix
2015.03.04 / 12:31
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

40 il sonra yenidən Ermənistanda: ermənicə sərbəst danışır

Rəsmi Bakı AP ilə münasibətləri dayandıra bilər

Azərbaycan bu ölkə ilə viza rejimini ləğv etdi

Bayramov koreyalı həmkarı ilə danışdı

Nazirdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

“Liv Bona Dea” məhkəməyə saxta sənəd verib – Köçərli

Niderland parlamentinin Bakıya qarşı qərəzli sənədi… - Səfir

Şahin Mustafayev Ermənistanda səfərdədir - Foto

Ukraynanın Putini dəli edən zərbəsi: Rusiya çökə bilər

Ermənistan Azərbaycanla sərhəddə silah anbarlarını boşaldır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla