Yuxarı

Paşayeva bu ailələrə sovqat göndərdi – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşayeva bu ailələrə sovqat göndərdi – Foto

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonundakı Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə bayram sovqatı göndərib.

Axar.az xəbər verir ki, millət vəkilinin köməkçisi 19 martdan 27 marta qədər rayonun kəndlərində sözügedən ailələri bir-bir gəzərək, 100-dən artıq ailənin Novruz bayramını millət vəkilinin adından təbrik edib və onlara bayram sovqatı verib.

Eyni zamanda, koronavirusla bağlı maarifləndirmə işləri aparılıb. Koronavirus xəstəliyi, bunun qarşısını almaq üçün dövlətimizin gördüyü tədbirlər, tətbiq edilən qadağaların mahiyyəti, şəxsi gigiyenaya diqqətin artırılmasının vacibliyi hər bir ailədə edilən söhbətlərin əsas mövzusu olub.

Həmçinin sözügedən ailələrə koronavirusdan qorunmaq üçün bəzi tibbi ləvazimatlar da hədiyyə edilib və bu davamlı olacaq. Növbəti həftə 200-dən çox şəhid ailəsi və müharibə əlili, qazi ailələrinə və tənha, yaşlı insanlara Q.Paşayeva tərəfindən koronavirusdan qorunmaq üçün tibbi-gigiyenik ləvazimatlar göndəriləcək.

Qeyd edək ki, millət vəkilinin Novruz bayramı ilə bağlı bu kampaniyasına “Veysəloğlu” şirkəti də dəstək verib və şirkət öz hədiyyələri ilə bir sıra şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin bayramını təbrik edib.

Tarix
2020.03.28 / 23:04
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla