Yuxarı

Kirayədə qalanlara dövlət necə yardım edə bilər?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda kirayə mənzillərin müqavilə əsasında verilməsi olmadığından kirayədə qalan insanların dəqiq sayı da məlum deyil. Bu gün Azərbaycanda nə qədər insanın kirayə mənzillərdə yaşadığı, nə qədər biznes qurumlarının kirayə ödədiyi ilə bağlı tam məlumat yoxdur. Bu səbəbdən kirayə mənzillərdə qalanlara dövlətin kömək etməsi texniki baxımdan çox çətindir.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli ölkədə yeni tip koronavirusa yoluxma hallarının qarşısının alınması üçün tətbiq edilən xüsusi karantin rejimi zamanı kirayə mənzillərdə yaşayan insanlara mümkün güzəştlə bağlı danışarkən deyib.

Ekspert Prezident İlham Əliyevin müvafiq fərmanı ilə 4 İşçi Qrupunun yaradıldığını xatırladıb:

“Bu gün insanlara “Evdə qal” çağrışı edilir. Bu, əslində, virusun sürətli yayılmasının qarşısını almaq məqsədi ilə edilən bir çağrışdır. Lakin bununla belə, onların qazancı da azalıb. Məhz bununla bağlı yaradılan işçi qrupları 15 gün ərzində təkliflər paketini təqdim etməlidir. Təkliflər paketinin aprelin ikisi və ya üçü hazır olacağı gözlənilir”.

N.Cəfərli deyib ki, evdə qalan insanların ən azından kommunal problemlərini tez həll etmək mümkündür:
“Bu gün bu məsələ ciddi müzakirə olunur və yaxın günlərdə də məsələ ilə bağlı qərarın veriləcəyini düşünürəm. Mövcud vəziyyətdə kommunal xərclərin 3 aylıq dondurulması çox vacib addım olardı. Əslində kommunal xərclərin dondurulması çox da böyük bir vəsait tələb etmir. Bu gün belə bir addımı atmaq üçün dövlət büdcəsinin yetərli qədər imkanı var. Yəni ilkin olaraq heç olmasa kartlara birbaşa pulların yüklənməsi yolu ilə və yaxud da ümumiyyətlə hesablamaların dondurulması yolu ilə azı 3 aylıq kommunal xərclərdən bütün ölkə əhalisini azad etmək olar. Bu məsələnin icrası texniki baxımdan da mümükündür. Çünki bu gün Azərbaycanda sayğaclar birbaşa istifadəçinin adına olur”.

Ekspert bildirib ki, bu gün bütün dünya ölkələri karantin dövründə öz əhalisinə sosial baxımdan maddi dəstək olur:

“Nəzərə almaq lazımdır ki, bu gün ölkədə günəmuzd işləyən insanların sayı da kifayət qədər çoxdur. Bu baxımdan ölkədə sosial yardım proqramları gündəmdədir. Bu barədə Nazirlər Kabinetindən də rəsmi açıqlama verildi. Minimum əmək haqqı qədər – yəni 250 manat civarında hər bir Azərbaycan vətəndaşına birdəfəlik yardımın edilməsi mümkündür. Düşünürəm ki, Azərbaycanın dövlət büdcəsinin belə bir sosial yardım paketini qaldırmağa gücü var”.

Tarix
2020.03.29 / 09:13
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Pezeşkian Moskvaya gedir: Rusiya ilə saziş imzalayacaq

Əlcəzair liderindən Əliyevə: Bu ağrılı sınaqdan...

Təyyarəmizi vuran "Pantsir-S" sistemi nədir, necə işləyir?

Məlikovdan Əliyevə: Sizinlə birlikdə kədərlənirik...

Təyyarə qəzası necə baş verib? - Nazir danışdı

Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video

Ukrayna təyyarə qəzası ilə bağlı açıqlama yaydı

Təcili: AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - Video

“Qara qutu"nun incələnməsinə başlanıldı

Xaricdəki Azərbaycan evlərində xatirə guşələri yaradıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla