Yuxarı

Yeni qanun: Tikinti bundan sonra belə aparılacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılaraq qəbul edilib.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, millət vəkili Qüdrət Həsənquliyev qanunda əksini tapan əsas müddəaların illərdir icra olunmadığını bildirib.

O, məsələ ilə bağlı müvafiq qurumların rəhbərlərinin parlament qarşısında hesabat verməli olduğunu bildirib və sədarətin diqqətini bu məsələyə yönəldib.

Qəbul olunmuş layihəyə görə, Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə tikinti layihələrinə onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə, habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğun olduqda, eyni zamanda layihələndirilən obyektin tikintilərin mövcud olduğu ərazilərin hüdudları daxilində tikilməsi nəzərdə tutulduqda və tikilməsi nəzərdə tutulan obyekt istifadə növünə və miqyasına görə mövcud tikintilərə uyğun olduqda yol verilir.

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanuna əsasən, tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmasına dair müddəa Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə mindiyi gündən 7 il sonra tətbiq edilməli idi.

Son illər tikinti layihələrinin həyata keçirilməsi üçün əsas olan şəhərsalma sənədlərinin (müfəssəl planların, ərazinin planlaşdırılması sənədlərinin, baş planların) hazırlanması istiqamətində ciddi işlər həyata keçirilsə də, müəyyən olunmuş müddət ərzində həmin sənədlərin və planların təsdiqi bir sıra şəhər və ərazilər üzrə başa çatıb. Bu səbəbdən də müxtəlif vaxtlarda Məcəllənin həmin maddəsinin tətbiqi müddəti uzadılıb. Hazırda həmin müddəanın (Məcəllənin 1 yanvar 2013-cü ildən qüvvədə olduğunu nəzərə alaraq) tətbiqinin daha bir 1 müddətinə uzadılmasına ehtiyac yarandığından qanuna müvafiq dəyişiklik təklif olunur.

Beləliklə, tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmasına dair müddəa Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə mindiyi gündən 8 il sonra tətbiq ediləcək.

Tarix
2020.03.30 / 15:10
Müəllif
Axar.az
Digər xəbərlər

Almaniya vətəndaşlarını çıxarır: İrana hücum olacaq!

Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu

Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı

Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi

Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...

Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam

Tokayev Allahşükür Paşazadəni qəbul etdi

Marta Kos Bakıya gəlir: Ağdama da gedəcək

ABŞ səfirliyinin əməkdaşı yarım milyonu necə ələ keçirib?

Bəxtiyar Həsənovun Rusiya vətəndaşlığı ləğv olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla