Yuxarı

Polisdən əhaliyə: Yalnız bu hallarda evdən çıxa bilərsiz!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polisdən əhaliyə: Yalnız bu hallarda evdən çıxa bilərsiz!

Daxili İşlər Nazirliyi (DİN) karantin rejiminin tələblərinin yerinə yetirilməsi ilə bağlı əhaliyə müraciət edib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, DİN-in şəxsi heyəti respublikanın bütün şəhər və rayonlarında karantin rejiminin tələblərinin təmin edilməsi məqsədilə gücləndirilmiş iş rejimində xidmət aparır.

Vətəndaşlardan bir daha tələb olunur ki, evdən (mənzildən) yalnız təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən mağazalara və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi karantin rejimi dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə çıxsınlar.

Evdən çıxmaq zərurəti yarandıqda qoruyucu tibbi vasitədən (maska) istifadə etsinlər, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlasınlar, mütləq qaydada şəxsiyyət vəsiqəsini (və ya şəxsiyyəti təsdiq edən digər sənədi), fəaliyyətinə icazə verilmiş təşkilatlarda işləyən şəxslər isə xidməti vəsiqələrini və ya bu faktı təsdiqləyən rəsmi arayışı özləri ilə götürsünlər.

Ciddi zərurət olmadan şəxsi avtomobillərdən istifadə etməsinlər.

Tarix
2020.03.31 / 14:10
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

Kobaxidzedən TRİPP açıqlaması: Ciddi problem...

Konsulluğumuz önündə aksiya: Ankaranın da rolu varmı?

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla