Yuxarı

Nazirlik: "1500-dən çox əmək qanunvericiliyi pozulub"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik: "1500-dən çox əmək qanunvericiliyi pozulub"

Bu ilin fevral ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) müəssisə, idarə və təşkilatlarda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti zamanı işəgötürənlər tərəfindən 1504 halda əmək qanunvericiliyinin tələblərinin pozulması faktını aşkar edib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, belə halların əsasən iqtisadiyyatın özəl sektoruna aid müəssisələrdə və topdansatış, tikinti, ticarət, ictimai iaşə sektorlarında baş verdiyi müəyyən edilib. Qeyd olunan hüquq pozuntularına yol vermiş işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndləri əsasında cərimələr tətbiq olunub.

Cərimələrin 35,1 %-i, yəni 109412 manatı dövlət büdcəsinə ödənilib. Nəticə etibarilə ötən ay əmək qanunvericiliyinin pozulması ilə bağlı aşkar olunan hüquq pozuntularının böyük əksəriyyətinin aradan qaldırılması təmin edilib, aradan qaldırılması müəyyən müddət tələb edən digər pozuntuların ləğvi üçün işəgötürənlərə icrası məcburi olan göstərişlər verilməklə icrası nəzarətə götürülüb.

DƏMX tərəfindən bu istiqamətdə aparılan işlər vətəndaşların əmək qanunvericiliyindən irəli gələn hüquqlarının təmin olunması, o cümlədən işçilərin əməyinin mühafizəsi ilə bağlı işəgötürənlərdə məsuliyyətin artırılmasına xidmət edir.

Tarix
2015.03.06 / 11:19
Müəllif
Axar.az
Digər xəbərlər

Laçının azad edilməsi tarixi ədalətin təntənəsi idi

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

Putin Mehriban Əliyevanı təbrik etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla