Yuxarı

Bu günki hadisələr peyğəmbərin hədislərində... – Şeyx

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu günki hadisələr peyğəmbərin hədislərində... – Şeyx

Xəstə olduğunuzu bildiyiniz halda bunu gizlətməyin.

Axar.az xəbər verir ki, bu sözləri Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə Real TV-nin “Mir Şahin vaxtı” verilişinə müsahibəsində deyib.

Şeyx deyib ki, insanlarımız qadağalara riayət etməlidir:

“Xəstə olduğunu bilir və ya digər insanlara yoluxduracağını bilə-bilə çölə çıxırsa, böyük günah işləmiş olur. Quranda yazıldığı və peyğəmbərimizin də buyurduğu kimi, bir insanı öldürən bütün insanları öldürmüş kimi günah qazanır. Bu mənada bir insan təkcə özünü deyil, digər insanları da düşünməlidir. Əgər bir insan bu virusa yoluxduğunu bilmirsə, onun heç bir günahı yoxdur. Lakin bilə-bilə bu əməli edirsə, artıq bu insan həm günahkardır, həm də böyük günah qazanmış olur”.

Şeyx peyğəmbərin bəzi hədislərinə diqqət çəkib:

“Peyğəmbərin bəzi hədisləri var ki, mən gənc olarkən bunlara bir məna vermirdim. Lakin bu gün başa düşürəm ki, əslində bu hədislər nə məna daşıyır. Məsələn, “xəstələrin yanına getməyin”. Bir digər hədisdə isə buyurub ki, bir yerdə ki, yoluxucu xəstəlik var, o yerə getməyin, o yerdəsinizsə, o yeri tərk etməyin. Bu gün bu hədisləri bir daha oxuyanda başa düşürəm ki, bu hədislər sanki bu gün üçün məsləhət xarakterlidir”.

Tarix
2020.04.04 / 23:21
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Nə qədər ki Bakı ilə sülh var, Rusiya... - Paşinyan

Mehriban Əliyeva bu sözlərlə xalqı təbrik etdi

Şahməddin Abdullayevə yüksək vəzifə verildi

Bu əməliyyat dünya tarixində görünməmiş hadisədir

Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla