Yuxarı

Pensiyaçılara yeni xəbər: Bütün bankomatlardan...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pensiyaçılara yeni xəbər: Bütün bankomatlardan...

COVİD-19 koronavirus infeksiyası ilə bağlı elan edilmiş karantin dövründə pensiyaçı müştərilərin sağlamlığı qayğısına qalaraq onlara daha bir imkan yaradılıb.

Axar.az xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankının müştəriləri də aprelin 8-dən etibarən iki ay müddətində öz pensiyalarını ölkəmizdəki bütün bankların və Azərpoçt-un bankotmatlarında komisyonsuz nağdlaşdıra bilərlər.

Vətəndaşların öz pensiyalarını yaşadıqları ərazidə, onlara ən yaxın bankomatda ala bilməsi xüsusilə pensiyaların verildiyi günlərdə bankomatlar qarşısında növbələrin qarşısını alacaq, yaşlı insanların karantin rejiminin tələblərinə əməl etmələrinə kömək göstərəcək. Azərbaycan Beynəlxalq Bankı öz bankomatlarının işlək səthinin gündəlik dezinfeksiya olunmasını da təmin edir.

Bank pensiyaçıları ödənişlərini mümkün qədər nağdsız aparmağa çağırır. Nağdlaşdırmanın zəruri olduğu hallarda isə bank bütün müştərilərinə karantin rejiminin tələblərinə riayət edərək bankomatlar qarşısında ən azı 2 metr məsafə saxlamağı tövsiyə edir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Tarix
2020.04.06 / 19:09
Müəllif
Axar.az
Digər xəbərlər

Razılaşma mətni: Zəngəzurdan Naxçıvana keçid necə olacaq?

Hakan Fidan Azərbaycana gəlir

Serbiya prezidentindən İlham Əliyevlə bağlı xoş sözlər

Çevik iş saatı tətbiq edilir – Tıxac aradan qalxacaq?

Niyə “Ermənistan tarixi” tədris olunmurdu?

Prezident Məhəmməd Əbdülsalamı qəbul etdi

TDT ölkələri bu bayramların vaxtını birgə müəyyən edəcək

Bakıda dini liderlərin mühüm iclası başladı

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla