Yuxarı

Atletlər kəndində karantin qalmaqalı: etiraz etdilər... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

bakının Koroğlu metrostansiyası yaxınlığndakı məşhur "Atletlər kəndi"də axşam saatlarında yaşanan gərginliklə bağlı tanınmış yazar Dilqəm Əhməd məlumat paylaşıb.

Axar.az xəbər verir ki, Dilqəm Əhməd Türkiyədən qayıtdıqdan sonra karantinə alınıb və hazırda da Atletlər kəndindədir.

O qeyd edib ki, saxlandıqları yer isti və rahatdır, 3 dəfə keyfiyyətli yemək verilir, istədiyin qədər su və çay üçün qəhvədan qoyulub, vayfay var, mehriban həkim və xadimə kollektivi xidmət edir, müntəzəm maraqlanma, qayğı...

“Ailədən boğçaya icazə; neçədə yatıb, neçədə durmana, ümumiyyətlə gün ərzində işlərinə qarışanın yox; fədakar polis heyəti... Məqsəd də odur ki, sən 14 gün (ehtiyac duyulsa 21) karantində qalasan ki, səndə virus varsa, başqasına keçirməyəsən.

Amma bunun qarşılığında balkondan 5 litrlik su atasan aşağı. Söhbətdən xəbəri olmayan jurnalist də həmən mövzuya atlasın”, - o bildirib.

D.Əhməd daha sonra vurğulayıb ki, bir qrup vətəndaşın aqressiyası, evə tez getmək arzusu 5-6 saat həyəcan yaradıb:

“Bir qrup vətəndaş içməli 5 litrlik su dolu qabları, stulları, boşqabları aşağı atdı. Az qala bir uşağın başına düşmüşdü. Halbuki həmin həyəti yarım aydır canla-başla xidmət edən xadimələr təmizləyəcək. Onların gündəlik gülən üzü, qayğısı qarşısında biabırçılıq idi.
İngiltərə Baş nazirini belə yatağa sərən bu virus qarşısında karantin tədbirləri alınması ən normal hadisədir və onun müddətini və evə yola salınma qaydalarını hər halda vətəndaş müəyyənləşdirmir. Nə dövlətə, nə də vətəndaşa burada artıq qalmaq sərfəlidir. Prosedur qaydasına uyğun buraxılacaq hamı.

Kənd ərazisi böyük olduğu üçün onsuz da növbəli şəkildə polis və əsgər tərəfindən qorunur. Əmin olun ki, nəzarət olmasa, xaos yaranar. Törədiləsi hər hansı yanğın hadisəsinə görə (bu potensialda vətəndaşlar var) yanğınsöndürən maşının hadisə yerində olması normaldır.

İnsanların müxtəlif səbəblərdən (evdə uşaq olması və s.) evə getmək istəməsi normaldır, amma belə günlərdə fərdi yox, ümumi yanaşma sərgilənməsi daha təbiidir.

Allah hamıya səbir versin”.

Tarix
2020.04.07 / 02:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla