Yuxarı

Dövlət Komitəsi iki binanı satışa çıxardı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dövlət Komitəsi iki binanı satışa çıxardı

Əmlak Məsələləri Dövlət Komitəsi bir neçə qeyri-yaşayış binasını hərraca çıxarıb.

Axar.az xəbər verir ki, Komitənin aprel ayının 7-də keçirəcəyi hərraca çıxarılacaq obyektlərin adları bəlli olub.

Hərracda Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsində yerləşən iki qeyri-yaşayış binası satışa çxarılıb. Hərracda həmçinin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 3 saylı pavilyon, Xaçmaz şəhəri, Əlif Hacıyev küçəsində yerləşən mağaza, Abşeron rayonu, Novxanı kəndi, Binəqədi-Novxanı yolundakı yardəmçı təsərrüfat sahəsi də satılacaq.

Hərraca çıxarılan obyektlər arasında ən yüksək start qiyməti ilə təqdim edilən Şüvəlan qəsəbəsində yerləşən qeyri-yaşayış binasıdır. Binanın ilkin start qiyməti 11.926 manatdır. Digər qeyri-yaşayış binasının start qiyməti isə 11.518 manat təşkil edir.

Qeyd edək ki, hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyaları tərəfindən keçiriləcək.

Tarix
2015.03.09 / 18:07
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla