Yuxarı

Əhaliyə müraciət: Əti bu kəsim məntəqələrindən alın!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əhaliyə müraciət: Əti bu kəsim məntəqələrindən alın!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) vətəndaşları qanunsuz fəaliyyət göstərən, eyni zamanda qida təhlükəsizliyi tələblərini kobud şəkildə pozan heyvan kəsimi məntəqələrinin xidmətindən istifadə etməməyə, bu istiqamətdə ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi üçün prosesdə aktiv iştiraka, eyni zamanda bu sahədə müşahidə etdiyi qanunsuz fəaliyətlərlə bağlı AQTA-nın 1003-Çağrı Mərkəzinə məlumat verməyə çağırır.

AQTA-dan Axar.az-a verilən məlumata görə, Agentlik heyvan kəsimi və satışı ilə məşğul olan şəxsləri kəsimi mərkəzləşdirilmiş heyvan kəsimi sexlərində həyata keçirməyə, öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmağa çağırıb.

Qeyd edək ki, artıq respublikamızın regionları ilə yanaşı, Bakı şəhərində də müasir heyvan kəsimi məntəqələrinin sayı artmaqdadır.

Bakı şəhəri üzrə stasionar kəsim məntəqələrinin ünvanları aşağıdakı kimidir:

Nizami rayonu, H.Əliyev prospekti 92

Nərimanov rayonu, Ə.Əliyev küçəsi 26

Sabunçu rayonu, Sabunçu ŞTQ, Aydınbəyov küçəsi, ev 2, mənzil 33

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi 1A

Səbail rayonu, Bayıl qəsəbəsi, G.Əliyev küçəsi, ev 20

Binəqədi rayonu, Şamaxı şosesi 16

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi, ev 10, mənzil 56

Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, H.Saqib küçəsi, ev 27

Nizami rayonu, Ş.Kamilov küçəsi 1

Nəsimi rayonu, A.Mustafayev küçəsi 23/24

Qaradağ rayonu, Lökbatan qəsəbəsi

Nərimanov rayonu, Ə.Əliyev və Y.Çəmənzadə küçələrinin kəsişməsi

Nizami rayonu, Çobanzadə küçəsi 63, 2403-cü məhəllə

Binəqədi rayonu, C. Xəndan küçəsi 52C,

Dərnəgül qəsəbəsi, Ş.Məmmədova və H.Hüseynov küçələrinin kəsişməsi

Xəzər rayonu, Binə ŞTQ, R.Əşrəfov ev 20

Sabuncu rayonu, Zabrat ŞTQ, Babək küçəsi 110H

Xətai rayonu, H.Aslanov qəsəbəsi, ev 6

AQTA bir daha vətəndaşları və heyvan kəsimi, eyni zamanda ət və ət məhsulları satışı sahəsində fəaliyyət göstərən sahibkarları qida təhlükəsizliyi tələblərinə cavab verən kəsim məntəqələrinin xidmətlərindən istifadə etməyə çağırır.

Tarix
2020.04.11 / 15:05
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən alırdı, indi özü ərəb ölkələrinə satır...

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident və xanımı Balayevlə vida mərasiminə əklil göndərdi

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Prezidentdən Cəmil Əliyevlə bağlı sərəncam

Arakçı təşəkkür etmişdi: Bayramov cavab verdi...

"Hürkuş"ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?

Arakçı Azərbaycana belə təşəkkür etdi

Daha bir ölkə F-35-ə “əlvida” deyir - Türkiyə kimi...

Daha bir ölkə savaşa girdi: Dünyanın yolu dəyişir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla