Yuxarı

İran maşınlarının Qarabağa yanacaq daşıması... - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran maşınlarının Qarabağa yanacaq daşıması... - Rəsmi

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi İrana məxsus yük avtomobillərinin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə yanacaq və ərzaq daşımalarını nümayiş etdirən videogörüntülərlə bağlı açıqlama yayıb.

Səfirlikdən Axar.az-a daxil olan açıqlamada bildirilib ki, yayılan görüntülər həqiqəti əks etdirmir:

"Azərbaycan mətbuatında İrana məxsus yük avtomobillərinin işğal altındakı Azərbaycan ərazilərinə yanacaq və ərzaq daşımalarını nümayiş etdirən video ilə bağlı yayımlanan xəbəri təkzib edərək bildiririk ki, Tehran-Bakı əlaqələrinin hərtərəfli və geniş inkişafı astanasında düşmənlərimiz və əlaqələrimizin inkişafını istəməyən qüvvələr bu inkişaf prosesinin qarşısını almaq məqsədilə saxta video yayaraq, iki ölkə arasında mövcud olan yaxşı qonşuluq əlaqələrinə kölgə salmağa çalışırlar.

Azərbaycan Respublikasının hörmətli xalqının diqqətinə çatdırırıq ki, İran İslam Respublikası Azərbaycan Respublikasının işğal olunmuş əraziləri ilə heç bir quru və hava gediş-gəlişinə malik deyil. Ermənilər keçən illər ərzində də bir video və ya selfi ilə iki ölkə arasında mövcud əlaqələri korlamağa çalışmışlar. Göründüyü kimi, sözügedən saxta videoda yer və zaman məlum deyil və xəbər tamamilə saxtadır. Azərbaycan KİV-lərindən gözləntimiz budur ki, hər hansı bir xəbəri yaymazdan öncə bu xəbərin doğruluğunu dəqiqləşdirsinlər və etibarlı mənbələr olmadan xəbər yaymaqdan çəkinsinlər".

Qeyd edək ki, İrana aid TIR-ların Xankəndiyə yanacaq daşıdığı barədə video-görüntünü Xankəndidə yaşayan erməni mənşəli şəxs yayıb. O, bu videoda İrana aid nömrələrlə görüntülənən yük maşınlarının Xankəndiyə gəlməsinə etiraz edib. İddia edib ki, gətirilən ucuz neft Saakyanın cibinə axır, əvəzində isə Dağlıq Qarabağda yaşayan ermənilər arasında koronavirusun yayılması riski artır.

Xatırladaq ki, koronavirusun artıq Dağlıq Qarabağda da sürətlə yayıldığı təsdiqlənib. Separatçı və terrorçu rejim hətta buna görə "fövqəladə rejim" də tətbiq edib.

Tarix
2020.04.13 / 14:56
Müəllif
Axar.az
Digər xəbərlər

"Qartal" hərbi paradda belə keçid etdi - Video

Tokayev Azərbaycanı təbrik etdi

Ordumuz Zəfər Gününü belə qeyd etdi - Video

Hərbçilərimizin Bakıda yürüşünü qürurla izlədim - Şərif

Şahbaz Şərifin Azərbaycan səfəri başa çatdı

Bakı Metropoliteni iş rejimini 1 saat uzadacaq

Ərdoğanın Bakıya səfəri başa çatdı

Liderlərin Bakıda üçtərəfli görüşü keçirildi

Xarıbülbül Azərbaycan bayrağının kölgəsində əbədi açsın...

Bakıda hərbi parad keçirildi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla