Yuxarı

Karantini pozanlar cəriməni ödəməsə... – Xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Karantini pozanlar cəriməni ödəməsə... – Xəbərdarlıq

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov karantin rejimi qaydalarını pozan şəxslərin məhkəməyə müraciət etməsi üçün 10 gün vaxt verildiyini və müvafiq qərara uyğun olaraq 30 gün müddətində ödənişdən yenə imtina edən şəxslərin ölkədən çıxışına qadağa qoyulacağı, avtomobilinin cərimə meydançasında saxlanılacağı barədə xəbərdarlıq edib. Bu xəbərdarlıqdan sonra isə bir çox ekspertlər bildirirlər ki, bəzi vətəndaşların adlarına avtomobil yoxdur, ölkədən də çıxmırlar, ona görə də tətbiq edilən cəzalar kifayət etməyəcək.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən hüquqşünas Səməd Vəkilov deyib ki, karantin qaydalarını pozduğu üçün cərimə olunan vətəndaşlar xəbərdarlıqdan sonra da cəriməni ödəmədikdə inzibati qaydada həbs oluna bilərlər.

“Düzdür, ödənişdən imtina edən şəxslərin ölkədən çıxışına qadağa qoyulması, avtomobilinin cərimə meydançasında qalacağı ilə bağlı qanunvericiliyin tələblərini hazırda praktik olaraq həyata keçirmək çətin olacaq. Çünki bəzi şəxslərin heç avtomobilləri, əmlakları da öz adlarına deyil. Belə olan təqdirdə cəriməni ödəmək üçün verilən vaxta qədər ödəniş edilməsə, onlar barəsində inzibati həbs qərarı verilə bilər. Bundan başqa, qeyd edildiyi kimi, barəsində tətbiq edilən protokoldan narazı qalan vətəndaşlar məhkəməyə müraciət edə bilər. Sonda isə məhkəmənin qəbul etdiyi qərarlar prosedura uyğun icra edilməlidir”.

Tarix
2020.04.16 / 08:00
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Əliyev İordaniya baş nazirinin müavinini qəbul etdi

Ermənistanın Azərbaycanla sərhəddə sülhə risk yaradan təlimi

İş üçün Rusiyaya gedənlərin nəzərinə: Qaydalar dəyişir

Zelenski Ankarada Azərbaycana təşəkkür etdi

Bayramov onunla telefon danışığında şad xəbəri açıqladı

Trampla şəxsi münasibətlərim yüksək səviyyədədir - Prezident

Azərbaycanlılar bu ölkədən deport olundu

NATO “7 iyul, Ankara”nı seçdi – 256 ilin qisası...

Prezident Stiv Deynsi qəbul etdi - Foto

Geyinilə bilən rəqəmsal texnologiyaların zərərləri

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla