Yuxarı

İnstitutun hərəkəti millət vəkilini əsəbiləşdirdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dil Qurumunun geniştərkibli konfransı başlayıb.

Axar.az xəbər verir ki, bu gün keçirilən konfransda Azərbaycan Dil Qurumu İdarə Heyətinin üzvləri, yazarlar, dilçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan ADQ rəhbəri, millət vəkili Sabir Rüstəmxanlı qurumla bağlı məlumat verib.

Dilçilik haqqında danışan S.Rüstəmxanlı çıxışında sovet dövründə ana dili ilə bağlı apardıqları müzakirədən, dilimizi ədəbiyyatda yaşatmaları və sair bu kimi məsələlərdən danışıb:

"Azərbaycan müstəqillik qazandıqdan və ana dilinin dövlət səviyyəsində himayəsindən sonra Azərbaycan başqa və həm də daha ciddi təhdidlərlə üz-üzədir. Unutmaq lazım deyil ki, dil milli siyasətin ən vacib atributudur. Bu siyasət millətin yaşamasını və təhlükəsizliyini təmin edir".

Konfransda əsasən iki əsasə məsələ müzkirə olunub. Müzakirəyə çıxarılan məsələlərdən biri ADQ-nin hesabatı, digər məsələ isə ADQ-nin elmi ictimai şurasının seçilməsi ilə bağlı olub.

Azərbaycan Dil Qurumunun icraçı direktoru Anar Niftəliyev çıxışı zamanı 2006-cı ildən indiyə qədər ADQ-nin fəaliyyəti, monitorinqləri, təbliğatı, "Adq.az" saytının yaranması və bu kimi məsələlər barədə məlumat verib. O, qeyd edib ki, hazırda Dilçilik İnstitutu və terminologiya komissiyası işləmir:

"Dil normaları hazırda tələblərə cavab vermir. Dilçi alimlər də bununla məşğul olmaq əvəzinə, bu işi taleyin ümidinə buraxıblar".

Prezidentin 2013-ci ildə Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun təbii imkanları hesabına inkişafı ilə bağlı unikal sərəncamını xatırladan A.Niftəliyev təəssüflə qeyd edib ki, bu cür rəsmi himayəyə baxmayaraq, dilçi alimlər və dil normasını zamanın tələblərinə uyğunlaşdırmalı olanlar işləmir".

Qeyd edək ki, konfransda Dilçilik İnstitutunun iştirak etməməsi müəyyən narazılıq yaradıb və Sabir Rüstəmxanlının haqlı iradına səbəb olub.

Konfrans hazırda davam edir.

Tarix
2015.03.13 / 15:29
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Azərbaycan bizi yarı yolda qoymayan tərəfdaşımızdır - Slutski

XİN Xankəndi Kommunikesi barədə məlumat yaydı

Dağıstan rəhbəri Rusiya və Azərbaycana çağırış etdi

Rusiya Bakıya heyət göndərir: Putinin şəxsi mesajı...

Azərbaycan ABŞ-a başsağlığı verdi

Rusiyada bu qurum Azərbaycana müraciət etdi

Sülh sazişi ilə bağlı müzakirələr tamamlanıb - Əmirbəyov

Mirziyayevin Azərbaycana səfəri əhəmiyyətlidir...

Rusiyadan Azərbaycana gələn turist sayında azalma var?

Bakı-Moskva gərginliyi: Ərdoğanın bu sözləri Putinədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla