Axar.az
Yuxarı

190 manat üçün SMS cavab almayanlara - Vacib xəbər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

190 manat birdəfəlik ödəmələr üçün qeydiyyat vaxtı 27 apreldə başa çatdı. Birdəfəlik ödəməni alan vətəndaşların sayı isə 400 mindən çoxdur. Bəs SMS göndərilməyən vətəndaşlara nə zaman cavab gələcək? Müavinətlərin verilməsi davam edəcəkmi?

Axar.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı Teleqraf.com-a açıqlamasında bildirib ki, karantin dövründə işini, qazancını itirən vətəndaşlara birdəfəlik ödəmələrin verilməsi üçün qeydiyyat prosesi başa çatsa da, ödəmələrin verilməsi davam edir.

"20 gün ərzində müraciətlərin sayında kifayət qədər böyük rəqəm alındı. Hazırda bu günə qədər müraciət üçün qeydiyyatdan keçənlərin statistikası hesablanmayıb. Nəzərə alaq ki, birdəfəlik ödəmənin proqramının əhatə dairəsi ilk günlərdə 200 min nəfər üçün nəzərdə tutulurdu. Lakin bu say 600 minə çatdırılıb. Hazırda 400 min işsizə birdəfəlik müavinət ödənilib və yerdə qalan müraciətlər araşdırılır. 200 min insan üçün təyinat prosesi həyata keçirilir və yaxın günlərdə bu insanlara da müavinət veriləcək. Mayın ilk günlərinədək birinci ayın ödənişi tam başa çatacaq", - o deyib.

SMS-lərin gecikməsi məsələsinə aydınlıq gətirən qurum rəsmisi bildirib ki, bu proses müraciət edənlərin məlumatının emal olunub, araşdırılması ilə bağlıdır:

"Müraciətlərin arasında birdəfəlik ödəməyə haqqı çatan aztəminatlı, işsiz vətəndaşların müəyyən olunması prosesi davam edir. Hər bir müraciət ciddi şəkildə araşdırılır. Vətəndaşın gəlirləri, imkanları araşdırıldıqdan sonra bu ödəməyə haqqı çatıb-çatmadığı müəyyənləşdirilir.

Nəzərə alsaq ki, araşdırmalar 22 elektron sistem üzərindən aparılır, bu səbəblə bəzi vətəndaşların məlumatlarının natamam doldurulması, elektron resurslardan informasiyaların əldə olunması vaxt aparır. Bəzi vətəndaşlar var ki, qeydiyyat zamanı səhv əlaqə nömrəsi qeyd ediblər, yaxud ümumiyyətlə, əlaqə nömrəsi yazmayıblar. Bunları araşdırmaq vaxt tələb etdiyi üçün SMS-lərin göndərilməsi uzun çəkir. Biz həmin şəxsləri bir az təmkinli və səbirli olmağa çağırırıq. Yaxın günlərdə hər bir vətəndaşa imtina və yaxud təyinatla bağlı SMS göndəriləcək".

Əsmər Nəcməddinqızı bildirib ki, müavinət alanların ikinci ay ödənişlərinin yeni sistemlə həyata keçiriləcək:

"İkinci ayın ödənişləri bank vasitəsilə həyata keçiriləcək. Birinci ayın müavinətlərinin verilməsi başa çatdıqdan sonra yeni mexanizmlə müavinət təyin edilən 600 min şəxsin adına bank hesabı açılaraq, onlara ikinci ayın ödənişi veriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bütün banklarla əməkdaşlıq edir. Həmin bankların nümayəndələri vətəndaşlarla birbaşa əlaqə saxlayaraq, hansı banka yaxınlaşıb, kartlarını əldə edə biləcəkləri barədə məlumat verəcəklər".

Tarix
2020.04.28 / 13:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənilərin törətdikləri qətliamlar - Türkiyə telekanalı

Bu ərazilərdə partlamamış hərbi sursatlar aşkarlandı

Hərbçilərimizdən korona ilə bağlı çağırış... - Video

Korona gələn ilin yayında bitəcək - Professor

Ermənilər Ordumuzun gülləsi üçün bu cür gəlir – Foto

"Qazprom" qülləsi bayrağımızın rənglərinə boyandı - Video

Ermənilər döyüşdən yayınmaq üçün bu yola əl atır

Erməni terrorunun qurbanı olan 16 yaşlı Orxanın - Fotosu

Qax və Zaqatalanın giriş-çıxışlarında postlar quruldu

Bakıda onlayn yolla narkotik satan şəxs saxlanıldı

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla