Yuxarı

Şirəliyev korona müzakirəsində: Hansı qərarlar verildi? - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:29

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv ölkələrinin səhiyyə sektorlarının rəhbərləri COVİD-19 pandemiyası ilə mübarizə mövzusunda onlayn videokonfransda iştirak ediblər.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, yerli vaxtla saat 15:00-da keçirilən onlayn-konfransda Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev, Türk Şurasının Baş katibi Bağdad Amreyev, Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Bürosu direktoru Hans Klüqe, Qazaxıstan Respublikasının səhiyyə naziri Eljan Birtanov, Qırğızıstan Respublikasının səhiyyə naziri Sabirjan Abdikarimov, Türkiyə Cümhuriyyətinin səhiyyə naziri Fahrettin Koca, Özbəkistan Respublikası səhiyyə naziri Aleşer Şadmanov və Macarıstanın Dövlət səhiyyə katibi (müşahidəçi ölkə) Zoltan Lourens çıxış ediblər.

Müzakirələr zamanı hər bir nümayəndə öz ölkəsində COVİD-19 pandemiyası üzrə sanitar-epidemioloji vəziyyət, səhiyyə infrastrukturu, diaqnostika və müalicə, karantin tədbirləri və digər məsələlər ətrafında çıxış edib.

Onlayn iclasa yekun olaraq, Türk Şurasının Sammitində qəbul edilən bəyannamənin müddəalarının yerinə yetirilməsinə dair aşağıdakı qərarlar qəbul edilib:

1. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində səhiyyə sahəsində əməkdaşlıq qurulsun və Tərəflərin ekspertlərindən ibarət Birgə İşçi Qrup yaradılsın;

2. COVİD-19 pandemiyası və digər təhlükəli infeksiyalara qarşı mübarizədə profilaktika, diaqnostika, müalicə, epidemioloji nəzarət, elmi araşdırmalar sahəsində məlumat və təcrübə mübadiləsi genişləndirilsin;

3. COVİD-19 və digər təhlükəli infeksiyalar üzrə əməkdaşlıq və koordinasiyanın genişləndirilməsi məqsədi ilə üzv/müşahidəçi dövlətlərin aidiyyati nazirliklərinin ekspertlərindən ibarət Xüsusi Əməkdaşlıq Mexanizmi yaradılsın və onun fəaliyyəti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyi vasitəsilə tənzimlənsin;

4. Pandemiyalar zamanı xəstəxanaların idarəedilməsi, laborator diaqnostika və həyati dəstək əhəmiyyətli tibbi avadanlıqlar ilə bağlı ehtiyacların qiymətləndilməsi, eləcə də ixtisaslı tibb mütəxəssislərindən ibarət qrupların yaradılmasına dair əməkdaşlıq və təcrübə mübadiləsi aparılsın;

5. Təhlükəli infeksiyaların müalicə və profilaktikasında yeni metodların, o cümlədən, müvafiq vaksin, farmakoloji məhsulların və müalicə sxemlərinin hazırlanması sahəsində birgə əməkdaşlıq inkişaf etdirilsin;

6. COVİD-19 və digər təhlükəli infeksiyalar üzrə tibb mütəxəssisləri üçün bilik və bacarıqların inkişafı proqramlarının tətbiqi, eləcə də onlayn-təlimlər təşkil edilsin.

Sonda görüşün iştirakçıları COVİD-19 ilə mübarizə üçün birgə tədbirlərin hazırlanması və əlaqələndirilməsi məqsədilə gələcəkdə də belə görüşlər keçirməyə hazır olduqlarını bildiriblər. Həmçinin, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin səhiyyə sahələrinin rəhbərləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşünün təşkili və bu ölkələrin səhiyyə nazirləri səviyyəsində görüş keçirmək təşəbbüsü ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz səmimi minnətdarlıqlarını xüsusi qeyd ediblər.

Tarix
2020.04.28 / 17:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla