Yuxarı

Gəncədə karantini pozanlar həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncədə karantini pozanlar həbs edildi

Gəncədə xüsusi karantin rejiminin tələblərini pozan 11 nəfər həbs edilib.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə aprelin 27-dən etibarən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin tələblərinin bir qisminin yumşaldılmasına baxmayaraq Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları xidmətlərini gücləndirilmiş rejimdə davam etdirir.

Belə ki, Gəncə şəhər Baş Polis İdarəsinin və Daxili Qoşunların əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar şəhər ərazisində həm profilaktiki həm də reyd xarakterli tədbirlər həyata keçirir. Təşkil edilən reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan şəxslər aşkarlanaraq barəsində müvafiq qanunlara uyğun olaraq tədbirlər görülüb.

Belə ki, araşdırmalar zamanı ümumilikdə 1 015 şəxsin xüsusi karantin rejiminin tələblərini pozması aşkarlanıb ki, onlardan 1 004-ü İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə ediliblər. 11 şəxs barəsində aidiyyəti məhkəmənin qərarı ilə inzibati həbs seçilib.

Qeyd edək ki, inzibati tədbir görülən şəxslərdən 22 nəfəri iaşə obyektlərinin sahibləridir.

Keçirilən tədbirlər zamanı sakinlərə tibbi maska və əlcəklərdən istifadə etmələri tövsiyə olunub, olmayanlara polis əməkdaşları tərəfindən təqdim edilib.

Tarix
2020.04.29 / 14:48
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Nə qədər ki Bakı ilə sülh var, Rusiya... - Paşinyan

Mehriban Əliyeva bu sözlərlə xalqı təbrik etdi

Şahməddin Abdullayevə yüksək vəzifə verildi

Bu əməliyyat dünya tarixində görünməmiş hadisədir

Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla