Yuxarı

Dövlətə qarşı yönələn bütün təhdidlərə... - Baş prokuror

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dövlətə qarşı yönələn bütün təhdidlərə... - Baş prokuror

Prokurorluq orqanlarının fəaliyyət dairəsi doğrudan da genişdir. Prokurorluğun əsas fəaliyyət istiqamətlərindən biri də təbii ki, ağır cinayətlərə, dövlətə, dövlətçiliyə qarşı yönələn bütün daxili və xarici təhdidlərə qarşı amansız mübarizə aparmaqdır. Bu sahədə təbii ki, prokurorluq orqanları digər dövlət qurumları ilə – həm Dövlət Təhlükəsizliyi Xidməti, həm Daxili İşlər Nazirliyi və digər müvafiq dövlət qurumları ilə birbaşa sıx əlaqədə işləməlidirlər.

Axar.az xəbər verir ki, bu sözləri bunu Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev mayın 1-də Prezident İlham Əliyev tərəfindən videoformatda qəbulda çıxışı zamanı deyib.

“Möhtərəm cənab Prezident, Siz korrupsiyaya qarşı mübarizə ilə bağlı xüsusi olaraq qeyd etdiniz. Azərbaycan Prezidenti seçildikdən sonra korrupsiyaya qarşı mübarizə Sizin həyata keçirdiyiniz islahatların, siyasətin ən mühüm tərkib hissəsi olmuşdur. Məhz həmin dövrdən Azərbaycan Respublikası bu sahədə bütün beynəlxalq təşəbbüslərə, həm Avropa Şurasının, həm Birləşmiş Millətlər Təşkilatının bu sahədə bütün mövcud konvensiyalarına qoşulmuş və bu sahədə institusional tədbirlər həyata keçirilmiş, müvafiq qurumlar yaradılmışdır. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi də bu sahədə ixtisaslaşmış cinayət təqibi orqanı kimi yaradılmışdır. Sizin 2013-cü ildə prokurorluğun peşə bayramı günü ərəfəsində Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin yeni tikilmiş binasının açılışında iştirak etməyiniz tam əminliklə deyirəm ki, prokurorluq orqanlarında xüsusi olaraq ruh yüksəkliyi yaratmışdır. Sizin həmin vaxt gənc prokurorluq əməkdaşları qarşısında çıxışınız hər bir prokurorluq əməkdaşının bu gün də xatirindədir və onlar bunu daim böyük fərəh, qürur hissi ilə qeyd edirlər.

Biz prokurorluq orqanlarında islahatları davam etdirməliyik. Kadr islahatları doğrudan da çox vacib məsələdir və biz bu sahədə fəaliyyətimizi davam etdirəcəyik. Əgər zərurət yaranarsa təbii ki, prokurorluğun, həmçinin struktur qurumlarının fəaliyyəti təhlil edilməlidir. Hesab edirəm ki, biz bu sahədə də mütərəqqi addımlar atmalıyıq”, - deyə K.Əliyev bildirib.

Tarix
2020.05.01 / 22:57
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı müzakirə edildi

Azərbaycan şəhəri bu şəhərlə qardaşlaşa bilər

Qriqoryandan demarkasiya ilə bağlı açıqlama

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir - Boçorişvili

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla