Yuxarı

İlk dərsdən ingiliscə danışmaq mümkün olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlk dərsdən ingiliscə danışmaq mümkün olacaq

Bir neçə ildir Azərbaycanda "Callan" metodu ilə xarici dil tədris edən "London School of Azerbaijan" Tədris Mərkəzi fəaliyyət göstərir.

Şirkətin direktoru Nigar Məmmədova Axar.az-a açıqlamasında bildirib ki, bu metodla təhsil alan tələbələr xarici dilləri rahat və sürətli şəkildə öyrənə bilirlər.

1960-cı illərdə ingilis linqvist Robin Callanın Neyro Linqvistik Proqramlaşdırma əsasında yaratdığı, insan psixologiyasına təsir edərək onun asanlıqla xarici dilləri öyrənməsinə xidmət edən innovativ "Callan" metodunun Azərbaycandaki ilk və yeganə təmsilçisinin "London School" olduğunu söyləyən Nigar Məmmədova bildirib ki, "Callan" metodu ilə tədris zamanı heç bir söz ehtiyatına malik olmayan tələbə belə, ilk dərsdən etibarən müəyyən mənada danışmağa başlayır və artıq 5-6 dərsdən sonra fikirlərini elementar səviyyədə ifadə edə biləcək ingiliscəyə yiyələnmiş olur.

"Bu metodun əsas özəlliyi insanlara xarici dilləri məhz ana dilini öyrəndikləri şəkildə - danışaraq və dinləyərək öyrətməsidir. Hansısa bir dili öyrənməyin ən effektiv yolu həmin dildə danışmaq və dinləməkdir ki, Callan proqramı da məhz dərs boyu davam edən sual-cavab məzmunlu dialoq şəklində qurulub. 12 səviyyəli "Callan" dərsliyindən ibarət sistemlə işləyən bu üsul tələbəyə xarici dillərin məhz praktiki istifadəsini öyrədir. Bu da öz növbəsində tələbənin ənənəvi üsullardan 4 dəfə daha tez və daha rahat nəticə əldə etməsini təmin edir. Əlavə olaraq "Callan" dərslərində ev tapşırığı, çətin qrammatik qaydalar da olmur. Qrammatika tələbəyə asanlaşdırılmış şəkildə, danışıq əsnasında çatdırılır. Qeyd etmək yerinə düşər ki, biz bu metodla insanlara hətta öz iş yerlərində dərslər keçir və istəyənlər üçün həftə sonları ailə üzvlərindən ibarət qrup şəklində "family conversation"lar təşkil edirik. Bununla da insanların bu dili öyrənmələrini daha da asanlaşdırırıq" - Nigar Məmmədova bildirib.

Metodun effektivliyinə əyani şəkildə əmin olmaq istəyənlər "London School"un onlar üçün təşkil etdiyi ilkin ödənişsiz sınaq dərslərində də iştirak edə bilirlər. Proqramı bitirən tələbələrə isə onların "Callan" metodu ilə xarici dil öyrəndiyini təsdiq edən "Callan" sertifikatı verilir.

Tarix
2015.03.16 / 18:25
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

İlham Əliyev bu türk ölkəsinə gedəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Prezident onları qəbul etdi - Foto

Türklər birləşir: 2,1 trilyonluq ÜDM ilə yeni güc...

TDT hökumət başçılarının görüşü: bəyanat qəbul olundu

Azərbaycandan qayıdan təyyarəni İsrail vurub?

Prezident Cövdət Yılmazı qəbul etdi - Foto

Rusiya qadağası Azərbaycana necə təsir edəcək?

Rusiya Ermənistana görə Azərbaycana təşəkkür etdi

Putin Kremldə açıq dedi - Ermənistanda “duel” başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla