Yuxarı

Bakıda iki vəhhabi qohuma müdhiş ittiham – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda iki vəhhabi qohuma müdhiş ittiham – Video

Bakıda vəhhabi lideri Əlixan Musayevin mağazasında araşdırma aparılması barədə Axar.az-ın xəbəri təsdiqlənib.

"Burhan" adlı dükanda yoxlamalar həyata keçirildiyi barədə yazdıqlarımızı Norveç təşkilatı "Forum-18" də açıqlayıb. Ölkədə xəvaric və radikal qrupların təşkilatlanmasında adı keçən Ə.Musayevin dini mağazasını xalası oğlu vəhhabi Mübariz Qarayev idarə edirdi. Yoxlamalar zamanı onun da fəaliyyəti nəzərdən keçirilib. "Forum-18" M.Qarayevlə birlikdə daha 5 vəhhabinin həbs olunduğunu qeyd edib.

"Ləzgi" məscidinin imamı olan M.Qarayev, digərləri - Həbibulla Ömərov, Azad Qafarov, Səlim və Eyvaz barəsində həbs qətimkan tədbiri seçilib. Səbail rayon məhkəməsinin dəftərxanasından bu şəxslər üzərində məhkəmə prosesinə dair "Forum 18"in suallarını cavablandırmaqdan imtina ediblər. Saxlanılanlardan Ömərov və Qafarov Cinayət Məcəlləsinin 167-2.2.1 maddəsi, M.Qarayev, Səlim və Eyvaz isə 167-2.1 maddəsi ilə ittiham olunurlar.

Qeyd edək ki, iki xala oğlu "İslam xilafəti"nə göndərmək üçün tələbə yetişdirməkdə ittiham olunur. Bunu sələfi lideri Qamət Süleymanov da təsdiqləyib.

Tarix
2015.03.18 / 08:00
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

Konstitusiyada Bəyannaməyə istinad olmayacaq - Paşinyan

Bakı və İrəvan sülh üçün bunu dayandırmalıdır - Paşinyan

Nümayəndə heyətimiz Buxara Ark qalasında - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla