Yuxarı

İmişlidə gecikmiş aksiya: Başçısının həbsindən sonra...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İmişlidə gecikmiş aksiya: Başçısının həbsindən sonra...

İmişlidə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığı faktlarına görə İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmiş (6 may 2020-ci tarixli sərəncam) Vilyam Hacıyevin qanunsuz əməllərinin ictimailəşdirilməsi üçün aksiya həyata keçirilib.

Axar.az Modern.az-a istinadla xəbər verir ki, Prezident tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan İmişli İcra Hakimiyyətinin keçmiş başçısının cinayət əməlləri haqqında məlumatların rayon sakinlərinə çatdırılması üçün İcra Hakimiyytətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları müxtəlif tədbirlər keçirirlər.

İdarə və müəssisələrin işçiləri və çoxmərtəbəli yaşayış binasının sakinləri ilə görüşlər keçirilir, onlara bu halların dövlətçiliyə və xalqa xəyanət olduğu çatdırılır.

Lakin rayon sakinləri illərdir ki, İmişlini çapıb-talayan eks-icra başçısı ilə bağlı keçirilən bu tədbirləri gecikmiş aksiya hesab ediblər.

Xatırladaq ki, İmişli İcra Hakimiyyəti başçısının səlahiyyətlərini hazırda birinci müavin Səfa Ağayev icra edir.

Vilyam Hacıyevi məhkəmə ilkin olaraq 4 aylıq həbsə məhkum edib. O, Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 179-cu (mənimsəmə) və 311-ci (rüşvət alma) maddələri üzrə ittiham olunur. İstintaq yekunlaşandan sonra sabiq icra başçısına daha uzunmüddətli cəza kəsiləcəyi gözlənilir.

Özü həbs olunan sabiq icra başçısının oğlu Məhəmməd Hacıyev isə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və İnformasiya Təminatı İdarəsinin prokuroru vəzifəsindən azad olunub.

Tarix
2020.05.17 / 17:10
Müəllif
Axar.az
Digər xəbərlər

Melkonyanın adını daşıyan bir qurum necə təşviq oluna bilər?

ABŞ milli strategiyasını elan etdi - Avropa üçün şok

ABŞ-ın planında Ukrayna üçün böyük təhlükə

Əli Kərimlini hamıdan qabaq, görün, kim müdafiə etdi...

AXCP-nin daha bir üzvü DTX-yə aparıldı

Britaniya Azərbaycana dəstək üçün yeni layihəyə başlayır

Gürcüstanda azərbaycanlı məktəb direktoru saxlanıldı

Koşta yeni razılaşmadan danışdı: Bakı-İrəvan sülhü...

Adnan Əhmədzadənin supermarketi bağlandı - Foto

AİB-in dəstəyi ilə layihəyə start verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla