Yuxarı

Döyülən rektor qızı: “Aydınla tez-tez dalaşırıq”- Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Döyülən rektor qızı: “Aydınla tez-tez dalaşırıq”- Video

Son üç günün ən çox danışılan hadisəsi olan rektor qızının keçmiş əri ilə birgə video çıxışını əldə etmişik.

Axar.az-ın əməkdaşı "IB Gənclər Məclisi"nin forumunda "ON 3" şirkətinin rəhbərləri - Ülkər İsayeva və onun keçmiş həyat yoldaşı Aydın Əhmədzadənin gənclərə məsləhət verən mühazirələrini hazırlayıb.

***

Ü.İsayeva "uğura gedən yolda stereotipləri aşmaq lazımdır" mövzusunda bunları deyib: "Biz Aydınla keçən il tanış olduq. İnanmırdım ki, ərə gedərəm. Çünki çox karyerist idim. Deyirdim ki, ərə getsəm, onu-bunu necə edəcəm? Bizimki onda tutdu ki, birinci təbii ki, sevgidir. İkincisi, ortaq olan cəhətlərimizdir. Bizi bir yerdə dəvət etsələr də, fikirlərimiz ayrı-ayrıdı, fərqlidi. Bu mövzuda tez-tez dalaşırıq, daimi münaqişələr yaranır. Bizim ortaq olmayan cəhətlərimiz çoxdu. Ancaq ortaq olanlar da çoxdur. Sağlam təməli olan ailədə sevgidən əlavə maraqlar olmalıdır. Sevgi deyilən şey illər sonra keçir və arada hörmət, dostluq münasibətləri qalır. Ona görə insanlar evdə işlərini müzakirə edərsə, onda ailə uzunömürlü olar".

O özü haqda qısaca danışıb: "15 yaşımda psixoloq olmağa qərar verdim. Evdə psixoloq olacağımı deyəndə pis qarşıladılar. Atam və anam bildirdi ki, başın xarab olub. Onlar məsləhət görürdülər ki, Beynəlxalq Münasibətləri oxuyum, yaxşı iş tapım, pul qazanım. Gördülər ki, təslim olmuram, könüllü işlər görürəm. Dedilər ki, göndərək, Amerikada oxu. Los-Ancelesdə, sonra Türkiyədə Boğaziçi Universitetində oxudum. Hamının nəzarətində olan uşaq idim".

Aydın isə biznes haqda çıxış edib:

"Gələcəkdə biznes quranda uğurunuzu vertikal yox, horizantal qurun. Biznesdə stabillik əsasdır. Hər şey dəyişəndə də, siz ortada qalırsız. Ülkərin, özümün adımdan deyim ki, 2013-cü il bizim ilimizdir. "ON 3" şirkəti sizə dəstək verməyə hər zaman hazırdır".

Xatırladaq ki, Ülkər İsayeva və Aydın Əhmədzadə 2012-ci il aprelin 8-də ailə həyatı qurublar, ötən il isə rəsmən ayrılıblar.

Ülkər İsayeva martın 8-dən 9-a keçən gecə döyülüb. Rektor H.İsaxanlı isə video görüntülərdə qızının deyil, Katya adlı tanışının döyüldüyünü iddia edib.

Tarix
2015.03.19 / 09:57
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla