Yuxarı

Telekanallarda aparılan monitorinqin nəticəsi açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Telekanallarda aparılan monitorinqin nəticəsi açıqlandı

Azərbaycan televiziyalarında ədəbi dilin normalarına riayət olunması istiqamətində aparılan monitorinqin nəticələrinin aprel ayının birinci ongünlüyündə açıqlanması nəzərdə tutulur.

Bu barədə Report-a Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi, monitorinq qrupunun üzvü Nəzakət Qaziyeva məlumat verib

O bildirib ki, kütləvi informasiya vasitələrində, xüsusilə televiziyalarda Azərbaycan ədəbi dilinin normalarına əməl edilməsi, qorunması, inkişaf etdirilməsi məsələlərinə diqqət artırılmalıdır: "Telekanalların auditoriyası daha genişdir. Günümüzün reallığı budur ki, insanlar məlumatı daha çox telekanalardan alır, televiziya hər gün yaşından və sosial vəziyyətindən asılı olmayaraq hamının izlədiyi mənbədir. Bu səbəbdən də bu kütləvi informasiya vasitələrində ədəbi dilin normalarının qorunmasına daha çox fikir verilməlidir. Hazırda telekanallarda dilimizin normalarının pozulması ana dilimizin inkişafına daha çox mənfi təsir göstərir".

N.Qaziyeva bildirib ki, "Azərbaycan dilinin inkişafı və düzgün tətbiqinə dair Dövlət Proqramı"nın tələblərinə əsasən aparılan monitorinq televiziyaların yalnız xəbər və xəbərdən törəmə proqramlarını əhatə edir: "İnstitutun işi ədəbi dilin normalarına nə dərəcədə riayət olunmasını aşkar etməkdir. Televiziyada ədəbi dilin vəziyyətinə nəzarət televiziya kanallarının rəhbərlərinin üzərinə düşən məsuliyyətdir.

Onun fikrincə, telekanalların dilinə Milli Televiziya və Radio Şurası nəzarət etməlidir.

Xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu Azərbaycan televiziyalarında ədəbi dilin normalarına necə riayət olunmasını öyrənmək üçün monitorinq həyata keçirir. Monitorinqin nəticələri ilə bağlı Nəsimi adına Dilçilik İnstitutu və MTRŞ birgə mətbuat konfransı keçirəcək.

Tarix
2015.03.19 / 11:46
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla