Yuxarı

Vilayət Eyvazova zəng edib dedim ki... – Millət vəkili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz bu məruzəni kafi qiymətləndirə bilərik. Doğrudan da insan alverinə qarşı mübarizə istiqamətində ciddi işlər görülür. Mən, sadəcə olaraq, bir neçə məsələni hörmətli Seyfulla müəllimin nəzərinə çatdırmaq istərdim.

Axar.az xəbər verir ki, bu fikirləri deputat Qüdrət Həsənquliyev Milli Məclisdə insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru Seyfulla Əzimovun illik hesabatı haqqında danışarkən deyib.

Q.Həsənquliyev bildirib ki, Daxili İşlər naziri hörmətli Vilayət Eyvazov nazir müavini olduğu zaman ona telefon açaraq bildirib ki, məktəblərin ətrafında şagirdlərə sulu qəlyan çəkilməsinə şərait yaradılır:

“Bundan sonra həqiqətən də məsələyə ciddi yanaşıldı, reydlər keçirildi. Sonradan mətbuatda oxudum ki, çoxlu sayda kafe sahibi qanunvericiliyə uyğun olaraq cəzalandırılıb”.

Deputat əlavə edib ki, uzun müddətdir "Reklam haqqında" qanun pozulduğu, məktəblərin ətrafında tütün məmulatları satıldığı haqda məsələ qaldırır:

“Bununla bağlı Baş prokurora, Dövlət Reklam Agentliyinə sorğular göndərdim. İndi də məsələni Daxili İşlər Nazirliyi qarşısında qaldırıram. Siz də küçələrdən keçərkən görürsünüz ki, köşklərdə şüşə arxasında rahat formada tütün məmulatları satılır. Siz deyə bilərsiniz ki, bu məsələnin insan alverinə qarşı mübarizəyə nə aidiyyəti var. Fikrimcə, birbaşa əlaqəlidir. Siz cinsi istismara məruz qalan qızların həyatına diqqət etsəniz görərsiniz ki, onlar məktəbli olduğu zaman siqaret çəkməyə, narkotikdən istifadəyə cəlb edilən şəxslərdir. Seyfulla müəllim bu cinayətlərin profilaktikasından danışdı. Həqqiqətən bu istiqamətdə böyük işlər görülür. Amma ən mühüm işlərdən biri budur. Hazırda korrupsiyaya qarşı ciddi mübarizə aparılır. Amma elə görüntü yaranmamalıdır ki, məsləhət bilindiyi halda qanunları tətbiq edirik, başqa vaxt isə tətbiq etmirik. Dəfələrlə mən, Qənirə xanım, digər həmkarlarım burada məsələ qaldırmışıq ki, məktəblərin yanında tütün məmulatları satılır. Amma bu istiqamətdə heç bir tədbir görülmür. Çox istərdim ki, özünüzün tədbir gömək imkanınız olmasa da, bu məsələni cənab Prezidentə, hörmətli Mehriban xanıma çatdırasınız, bəlkə onlar bu istiqamətdə tapşırıqlar verər”.

Qüdrət Həsənquliyev daha sonra bildirib ki, cari məsələlərin müzakirəsi zamanı çıxışa yazılmağı çatdırmadığı üçün bir vacib məsələni qaldırmaq niyyətindədir:

“Mən güc strukturlarının birgə fəaliyyət göstərdiyini bilirəm və ona görə də bu məqama toxunuram. Bilirik ki, hazırda Müdafiə Nazirili tərəfindən bütün qoşun birləşmələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Və bu, Ermənistanda ciddi həyəcan yaradıb. Amma bundan əvvəlki təlimlər zamanı da biz gördük ki, təlimlər haqqında mətbuata yalnız o görüntülər verilir ki, hərbi avtomobillər, texnika sıra ilə hərəkət edir. Ancaq biz onsuz da həmin texnikanın sıra ilə hərəkət etməsini cənab Prezidentin iştirakı ilə paradlarda görürük. Bizə lazımdır ki, müasir texnikadan bizim zabitlərin necə istifadə etdiyini, hədəflərin peşəkarcasına vurulmasının görüntüsü yayılsın. Bunun ermənilərə təsiri daha geniş ola bilər. Hesab edirəm ki, bu fikirlərim nəzərə alınacaq”.

Tarix
2020.05.19 / 12:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla