Yuxarı

ASAN Viza ilə bağlı dəyişiklik edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ASAN Viza ilə bağlı dəyişiklik edildi

Milli Məclis Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini müzakirə edib.

Axar.az xəbər verir ki, qanun haqqında deputatlara Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Əli Hüseynli dəyişikliklərin ASAN Viza alınması ilə bağlı olduğunu deyib. Onun sözlərinə görə, indi Azərbaycana gələn turistlər 3 saat ərzində elektron qaydada viza ala bilirlər. Hava limanında da yerindəcə viza proseduru həyata keçirilir.

Əli Hüseynli əlavə edib ki, təkliflərdən biri Azərbaycan-Gürcüstan sərhədində viza şöbəsinin yaradılmasına dair olub:

“Mən bu təklifi qanunu təqdim edən sibyektin nəzərinə çatdırmışam. Amma vurğulayım ki, Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə indi 3 saat ərzində elektron viza almaq mümkündür. Yerində viza almaq üçün müraciətlərin sayı çox azdır. Analizlər göstərib ki, son illər ölkəmizə gələn turistlər elektron viza almağa üstünlük verirlər”.

Komitə sədri qeyd edib ki, digər təklif viza rüsumunun hər ölkə üçün qeyd edilməsi və bunun milli valyuta şəkilində həyata keçirilməsi haqda olub:

“Birdəfəlik vizalar üçün vahid tarif var. Bu 20 avrodur. Çoxtərəfli vizaların qiyməti isə fərqlidir. Bunun bir səbəbi odur ki, ölkələr bunu qarşılıqlı formada razılaşdırırlar. İkinci səbəb də bizim vətəndaşlarımıza münasibət necədirsə, bizim də oradan gələn turistlərə münasibət buna uyğun olur. Hesab edirəm ki, bu, normal yanaşmadır”.

Layihə səsə qoyularaq qəbul edilib. B

ununla yanaşı “Turizm haqqında" qanun da qəbul olunub.

Tarix
2020.05.19 / 15:22
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Ukraynaya getdi

Vardanyana görə Bakıya gəlməyən Talebin oyunları...

Hikmət Hacıyevin fikirləri Türkiyədə səhv təqdim edildi - Foto

Azərbaycan Mərakeşdə fəxri ölkə seçildi

Bakı metrosunda yeni tunellərin inşası nə vaxt bitir?

Transxəzər fiber-optik rabitə xəttinin tikintisi başa çatdı

Ermənistana 14 vaqon buğda göndəriləcək

İran Xəzərlə bağlı razılığa gəldi: Tehran nədən çəkinir?

İrəvanda TRİPP müzakirəsi: Azərbaycanla sülh...

Azərbaycan malları Ermənistanda: İxrac sürətlə artır...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla