Yuxarı

Bakının mərkəzi karantindən sonra... – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının mərkəzi karantindən sonra... – Foto

Ölkədə sərt karantin tədbirlərinin yumşaldılması, xüsusilə parkların açılması, küçəyə çıxmaqla bağlı qadağanın ləğv edilməsi şəhər gəzintisinə gələnlərin sayını artırıb.

Axar.az xəbər verir ki, paytaxtın Nizami küçəsində (“Torqovı”) restoran və kafelər işləməsə də, gəzintiyə çıxanların sayında artım müşahidə olunur. Mərkəzi küçədəki geyim mağazaları gecə yarısına qədər işləyir. Restoran və kafelərin bəziləri isə 18:00-dan sonra onlayn fəaliyyətə başlayır. Növbəli şəkildə sifarişlər qəbul olunur və müştərilərə qapıda xidmət göstərilir. Bu səbəbdən bir çox kafenin qarşısında növbələr yaranır.

Mərkəzdə əvvəllər daha çox ailələr gözə dəyirdisə, bugünlərdə mənzərə fərqlidir. İndi daha çox gənclərə rast gəlmək mümkündür. Tək-tük səyyar satıcılar da gözə dəyir: popkorn, qarğıdalı, şabalıd satanlar...

Novruz bayramı ərəfəsində mərkəzdə qurulan yarmarka hələ də yığışdırılmayıb. Mərkəzi küçədə gəzintini çətinləşdirən yarmarkanın kənarları ilə hərəkət etmək üçün yol ayrılıb ki, bu da hərəkət zamanı sıxlığa səbəb olur, heç bir məsafə saxlanılmır.

Maskadan istifadə edən isə demək olar ki, yoxdur. Bir çox hallarda sosial məsafə də qorunmur.

Tarix
2020.05.21 / 12:28
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla