Yuxarı

Sabah güclü külək əsəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabah güclü külək əsəcək

Şənbə günü Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, mayın 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gündüz əsasən yağmursuz keçəcəyi, axşam tutulacağı gözlənilir.

Bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 23-28, Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 753 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, şimal və qərb rayonlarında güclü olacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 11-16, gündüz 17-22 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 23-ü gündüz və 24-də Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi, temperaturun xeyli aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Tarix
2020.05.22 / 14:01
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Səudiyyə Ərəbistanına başsağlığı verdi

Türkiyə və Azərbaycan paxlava ilə bağlı hərəkətə keçdilər

Ermənistana buğda göndərildi

Putindən sonra kim gələcək? – Real şans...

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla