Yuxarı

Sərxoş ata gecə polisi ayağa qaldırdı və ifşa olundu - DİN

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaşlar məruz qaldıqları və ya şahidi olduqları hər hansı cinayət barədə sutkanın istənilən vaxtında DİN-in “102” Xidmət Mərkəzinə müraciət edirlər. Həmin müraciətlər dərhal aidiyyəti üzrə ərazi polis orqanlarına göndərilir və operativ olaraq əməliyyat qrupu qeyd edilən ünvana yollanır. Amma bəzən ünvana gələn polis əməkdaşları məlumatın tamamilə yalan olduğunu müəyyən edirlər.

Bu barədə Axar.az-ın sorğusunu cavablandıran DİN Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynovun sözlərinə görə, təssüf ki, belə hallar baş verir.

“Elə ötən gün - mayın 21-də “102” Zəng Mərkəzinə daxil olan müraciətlərdən biri də bu qəbildən olub.

Həmin gün gecə saat 23 radələrində Sumqayıt şəhərinin yaxınlığındakı “Stansiya Sumqayıt” adlanan ərazidə yaşayan 39 yaşlı Vəli Ağayev DİN-in 102 Xidmətinə mobil telefon vasitəsilə zəng edərək bir nəfər tanımadığı şəxsin onun 14 yaşlı oğlu Namiqi öldürməklə hədələyib, 80 manat pulunu almasına dair məlumat verib. Hadisənin dəmir yolu stansiyasının ərazisində baş verdiyi nəzərə alınaraq, vətəndaşın müraciəti NBPİ-nin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə göndərilib. İdarənin və Sumqayıt Stansiyasında Xətt Polis Bölməsinin əməkdaşları dərhal müraciətdə qeyd olunan ünvana gedərək araşdırmalara başlayıblar.

Araşdırmalarla müəyyən edilib ki, müraciət edən şəxs qonşusu ilə birlikdə yeyib-içdikdən sonra azyaşlı oğlu Namiqi yaxınlıqdakı mağazaya spirtli içki almaq üçün göndərib. Onlar uşağı ikinci dəfə mağazaya göndərərkən Namiq həyətdə olan 2 iti də özü ilə aparıb. Lakin mağazada bir nəfər onun itlərlə gəlməsinə narazılıq edib. Uşaq evə qayıdaraq bu barədə atasına məlumat verib. Sərxoş vəziyyətdə olan Vəli Ağayev tez mağazaya gedərək həmin şəxsi axtarmağa başlayıb. Onu tapmayanda isə əsəbiləşərək DİN-in “102” Xidmətinə hadisəni olduğu kimi deyil, yuxarıda qeyd olunan məzmunda müraciət edir”, - polis leytenantı bildirib.

Z.Hüseynovun sözlərinə görə, bu yalanına polisi inandırmaq üçün V.Ağayev oğlu Namiqə də onun dediklərini verəcəyi izahatda təsdiq etməsini tapşırıb:

“Araşdırmalar zamanı 14 yaşlı Namiq etiraf edib ki, atasının onu döyəcəyindən qorxaraq onun yalan məlumatını təsdiq edib.

Sonda Vəli Ağayev də spirtli içkinin təsiri altında “102” Zəng Mərkəzinə bu cür uydurma məlumat verdiyini etiraf edib.

Cinayət edilməsi haqqında bilərəkdən yalan xəbər verdiyinə görə V.Ağayev barəsində toplanmış materiallara hüquqi qiymət verilməsi üçün Sumqayıt Şəhər Prokurorluğuna göndərilib”.

Sonda Z.Hüseynov vətəndaşları yalan məlumat verməkdən çəkinməyə çağırıb və qeyd edib ki, bu hüquqi məsuliyyət yaradır:

“Vətəndaşlar anlamalıdırlar ki, belə yalan məlumata görə cinayət məsuliyyəti daşıyırlar”.

Tarix
2020.05.22 / 16:33
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla