Yuxarı

Qubada silsilə oğurluq edən şəxs saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qubada silsilə oğurluq edən şəxs saxlanıldı

Quba rayonunun Dəvədabanı yaşayış massivi ərazisində yerləşən evlərin birindən bir ədəd samovar, eləcə də geyim və digər məişət əşyaları oğurlamaqda şübhəli bilinən yerli sakini, 19 yaşlı Əli Ağabəyov saxlanılıb.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Quba rayon regional qrupundan Axar.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ə.Ağabəyovun ətrafında aparılan tədbirlər nəticəsində onun törətdiyi başqa bir cinayət hadisəsinin də üstü açılıb. Belə ki, saxlanılan şəxs cari il may ayının əvvəlində rayon ərazisində yerləşən evlərin birinə qanunsuz daxil olmaqla oradan iki ədəd velosiped oğurlayıb.

Dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq hadisələrini etiraf edərək cinayət yolu ilə əldə etdiyi əşyaları dəyərindən ucuz qiymətə satdığını bildirib.

Oğurlanan əşyaların yeri polis əməkdaşları tərəfindən müəyyənləşdirilərək maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, həmin şəxsin başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.

Tarix
2020.05.23 / 10:39
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Hikmət Hacıyev və Qriqoryan Dohada görüşəcək

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Mirzoyan azərbaycanlılara çağırış etdi: Bizə dəstək olun!

Burdayam, hazırlıq gedir... - Gültəkin Hacıbəyli

Güneydən 183 yazarın Bakıya etirazı - O, təmsilçimiz ola bilməz!

Azərbaycanlı aparıcı ermənini efirdə susdurdu - Video

Əliyənnağı Hüseynov Təbrizdən geri çağırıldı

“Nar” inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir

Kamran Əliyev ABŞ-da

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla