Yuxarı

Azərbaycanda daha bir polis koronavirusa yoluxdu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda daha bir polis koronavirusa yoluxdu

Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşında koronavirus pandemiyası aşkarlanıb.

Axar.az Unikal.org-a istinadən xəbər verir ki, rayon ərazisində xidmət aparan polis əməkdaşının səhhətində problem yarandığı üçün həkimə müraciət edib. Ondan götürülən test pozitiv çıxıb.

Daxili İşlər Nazirliyininin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumatı təsdiqləyib:

"Karantin rejimini polis əməkdaşları həyata keçirdiyi üçün Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən rayon polis şöbələrinin əməkdaşları mütəmadi olaraq testlərdən keçirilir. Bununla da yoluxma halları müəyyən edilir. Bu yaxınlarda Gədəbəy Rayon Polis şöbəsininin əməkdaşları testdən keçirilərkən bir nəfərdə şübhələr yaranıb. Həmin polis əməkdaşı xidmətdən kənarlaşdırılıb. Xəstəxanaya yerləşdirilən həmin polisin vəziyyəti hazırda yaxşıdır. Dərhal onun iş yoldaşları, ailə üzvləri və təmasda olduğu insanlardan nümunələr götürülüb və onlarda bu virus aşkarlanmayıb".

Tarix
2020.05.27 / 13:46
Müəllif
Axar.az
Digər xəbərlər

Rubinyandan Azərbaycanla bağlı açıqlama: Güzəşt...

Qarabağ izli qanlı cinayət: Nazaryana ittiham irəli sürüldü

Sülhə gedən yolda son maneə onlardır - Paşinyan

Əliyev çox layiqli liderdir, biz də bu məsələləri... - Kobaxidze

Mansur Yavaş prezidentliyə namizəd olacaq? – Özü danışdı

Gürcü nazir də türklərin döyülməsindən danışdı

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

Azərbaycan XİN Albaniyanı təbrik etdi

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla