Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 İyul 2020


Bu şəxslərin mollara girişi qadağandır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fəaliyyəti bərpa olunan mollara maska və əlcəksiz daxil olmaq qadağandır.

Axar.az Trend-ə istinadən xəbər verir ki, Bakıda olan bir neçə alış-veriş mərkəzləri Nazirlər Kabinetinin göstərişlərinə əməl edərək işlədiklərini bildiriblər.

"Gənclik Mall” və "28 Mall”dan qeyd olunub ki, maska və əlcəklərdən istifadə etməyən şəxslərin ticarət mərkəzlərinə girişi qadağandır:

Molların hər bir girişi mühafizə xidmətləri tərəfindən nəzarətdədir. İçəri daxil olarkən hökmən vətəndaşın əlində əlcək, üzündə isə maska olmalıdır. Ticarət mərkəzindən olan bütün icarədarlara yazılı şəkildə bildirişlər olunub. Bildirişdə qeyd olunub ki, heyət maska və əlcəklərdən istifadə etsin. Mollarda audi və video şüarlar səsləndirilir, davranış qaydaları və gigiyenaya nəzarət edilməsi bildirilir”.

Əlavə olunub ki, əgər molların mühafizə xidmətinin əməkdaşları daxildə maskasız şəxs aşkar edərlərsə, onlardan yenidən taxmaları tələb olunacaq.

"Park Bulvar" alış-veriş mərkəzində də maska və əlcəksiz içəri daxil olmaq olmaz, molun həftədə bir dəfə pəşəkar şirkət tərəfindən ümumi dezinfeksiya olunacağı deyilir:

"Ticarət mərkəzi 31 may tarixindən fəaliyyətə başlayıb. Sinema, uşaq əyləncə mərkəzləri, kafe və restoranlardan başqa digər obyektlər işlək vəziyyətdədirlər. Girişlərdə və o cümlədən mağazalarda əlləri dezinfeksiya etmək üçün aparatlar quraşdırılıb. Ticarət mərkəzi hər gün əməkdaşlarımız tərəfindən dezinfeksiya olunur.

Ancaq həftədə bir dəfə də, peşəkar dezinfeksiyaedici şirkət tərəfindən bu işlər görüləcək. Müştərilərə məsafənin qorunması ilə bağlı xəbərdarlıqlar olunur, "mall”un içərisində davranış qaydaları barədə anonslar səsləndirilir. İnsanların daha çox olduqları ərazilərdə afişalar asılıb və orada da virusun qarşısını almaq üçün nələrə əməl etməyimiz tələb olunur gəstərilib”.

"Metro Park" ticarət mərkəzi isə sosial məsafə və davranış qaydalarına əsasən yarı heyətlə fəaliyyət göstərir:

"Nazirlər Kabinetinin qərarında göstərildiyi kimi, müştərilər ticarət mərkəzlərinə maskasız daxil ola bilməzlər. Buna görə də, girişdə mühafizə xidmətinin əməkdaşları bu qaydalara riyayət edilməsi üçün nəzarət edirlər.

Eyni zamanda molun girişində insanların hərarətini yoxlamaq üçün elektron istilik ölçən və dezinfeksiyaedici məhlullar quraşdırılıb. Bundan əlavə qeyri-iş saatlarından mol tam olaraq dezinfeksiya olunur. Ticarət mərkəzinin daxilində davranış qaydaları və gigiyenaya nəzarət qaydaları barədə afişalar asılıb, monitorlarda reklamlar dayandırılıb, yalnız pandemiya ilə əlaqədar şüarlar səsləndirilir”.

Tarix
2020.06.02 / 20:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

58 korona xəstəsinin vəziyyəti ağırdır - TƏBİB

Paşinyanın arzuladığı iclas baş tutmadı – Millət vəkili

Daha bir şəhidimiz dəfn olundu

DİN-dən vətəndaşlara müraciət: Riayət edin!

Koronaya yoluxan professor xəstəxanadan evə buraxıldı

Alman mətbuatı erməni təxribatından yazdı

Türk Şurasından erməni təxribatı ilə bağlı - Bəyanat

Bakıda şəhid polkovnikə görə yürüş keçirildi - Video

Müşfiqabadda orduya dəstək yürüşü keçirilir - Video

Ramaldanov şəhid generaldan danışdı: O, tək deyildi...

KULT
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla