Yuxarı

Yollarda karantini pozan sürücülər saxlanılır - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yollarda karantini pozan sürücülər saxlanılır - Foto

Bu gün gecə saat 00:00-dan etibarən Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə xüsusi karantin qaydalarının sərtləşdirilməsi qərarı qüvvəyə minib.

Axar.az Trend-ə istinadən xəbər verir ki, artıq gecə saatlarından etibarən fəaliyyətinə icazə verilən bəzi dövlət qurumları əməkdaşları istisna olmaqla vətəndaşların evdən çıxması qadağan edilib. Fəaliyyətinə icazə verilən şəxslər isə yalnız təmsil etdikləri orqanın xidməti avtomobilləri ilə hərəkət edə bilər. Gecə saat 00:00-dan etibarən daxili işlər orqanları əməkdaşları küçələrə nəzarəti gücləndirib, icazəsi olmadan hərəkət edən şəxs məsuliyyətə cəlb olunur.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev açıqlamasında bildirib ki, Operativ Qərargahın qərarı qüvvəyə mindiyi andan yol polisləri küçələrədə karantin qaydalarını pozan hərəkət iştirakçılarını saxlayır:

"Artıq icazəsiz hərəkət edən avtomobillər aşkar edilib. Hazırda proses davam edir, karantin qaydalarını pozan avtomobillər polis naryadları tərəfindən məsuliyyətə cəlb edilir. Sabah sutka ərzində yollarda karantin qaydalarını pozan hərəkət iştirakçıları barədə məlumat veriləcək".

K.Əliyev qeyd edib ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu daxilində karantin qaydalarını pozanlarla yanaşı, bu ərazilərin giriş-çıxış postlarından keçməyə cəhd edənlər də olub:

"Bəzi hərəkət iştirakçıları icazə olmadığı halda rayonlara getməyə və ya bölgələrdən bu ərazilərə daxil olmağa cəhd ediblər. Həmin şəxslər də polis naryadları tərəfindən saxlanılıblar".

Tarix
2020.06.06 / 12:37
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

Qız uşaqları bətndəcə məhv edilir – Təhlükə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla