Yuxarı

TƏBİB: Çox az da olsa, ümid var ki...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Model tipli xəstəxanlarımız var və hazırda 6000-ə yaxın çarpayı fondumuz mövcuddur.

Axar.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın bugünkü brifinqində deyib.

"Lakin hazırda aktiv xəstə sayı 5000-ə yaxınlaşır. Sağalanlarla müqayisədə yoluxma halları üstünlük təşkil edir. Bu isə tibb müəssisələrimizin üzərinə böyük yük düşməsi deməkdir", - o bildirib.

R.Bayramlı vurğulayıb ki, təcili yardım xidməti üçün 41 avtomobil alınıb və yaxın müddətdə 30 təcili yardım maşını təhvil veriləcək.

O qeyd edib ki, bir sıra ölkələrdə vəfat edənlərin sayı bizim ölkələrdə yoluxanların sayına bərabərdir:

"Bu gün yoluxanların sayı ilə müqayisə etsək, ölkəmizdə 2%-dək ölüm halı müşahidə edilir. Bu, düzgün verilmiş qərarın göstəricisidir. Ölkə başçısı da bildirib ki, bizim üçün əsas vətəndaşların sağlamlığının qorunmasıdır".

Onun sözlərinə görə, Almaniya, Berlin, İtaliya kimi ölkələrdə epidemiyanın artması sərt karantin qaydalarının verilməsinə zərurət yaradır:

"Çində yenidən yoluxma halları hərbi rejimin tətbiq olunmasına zərurət yaradıb. Türkiyədə hətta açıq havada belə maskadan istifadə məcburi qərar kimi qüvvəyə minib.

Lakin biz bu qərarları qəbul etməklə xəstəliyin dalğavari gedişatda davam etməsini təmin edə bilirik. Amma xəstəliyin qarşısının alınması karantin rejimi ilə mümkün deyil. Bu yalnız vaksin və ya dərman müalicəsinin tətbiqi ilə mümkün ola bilər. Lakin hələ vaksin tapılmayıb".

O bildirib ki, tapılacaq vaksinin effekti 6 ay ola bilər:

"Çox az da olsa ümid var ki, virus mutasiyaya uğrayaraq aramızdan yox olsun. Bu gün bütün dünya ölkələrinin yaşadığı həyəcanı, rəsmi olaraq bəyan etmədiyi vəziyyəti bilərək sizinlə danışırıq. Təhlükə çox ciddidir. Əks təqdirdə yoluxma halları yüksələn xətlə davam edəcəkdir və vətəndaşlarımızı çox sürətlə itirəcəyik".

Tarix
2020.06.18 / 19:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla