Yuxarı

AZAL bu tarixdə Naxçıvana 2 əlavə reys yerinə yetirəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AZAL bu tarixdə Naxçıvana 2 əlavə reys yerinə yetirəcək

İyunun 20-də Azərbaycan Hava Yolları (AZAL) tərəfindən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə əlavə reyslər yerinə yetiriləcək.

AZAL-dan Axar.az-a verilən məlumata görə, həmin reyslərə yalnız Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyində qeydiyyatdan keçən sərnişinlər buraxılacaq.

Nümayəndəliyin tərtib etdiyi siyahıya əsasən çağrı mərkəzinin əməkdaşları sərnişinlərlə əlaqə yaradaraq aviabiletin dəyərinin ödənilməsi qaydasını izah edəcəklər, həmçinin iyunun 19-da gün ərzində hansı ünvanda COVID-19 üçün müayinədən keçməyin mümkün olduğu barədə məlumat verəcəklər.

Yeni qaydalara uyğun olaraq AZAL-ın reyslərinə yalnız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər buraxılır. Naxçıvana və ya Naxçıvandan səfər edən sərnişinlər üçün müayinə ödənişsizdir.

Hazırkı şərtlərə əsasən Naxçıvana yerinə yetirilən reyslərə aviabilet satışı Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyi tərəfindən təqdim edilən sərnişinlərin siyahısına əsasən həyata keçirilir. Təsdiq edilmiş siyahı daxil olduqdan sonra aviaşirkətin çağrı mərkəzinin əməkdaşları sərnişinlərlə əlaqə yaradır və aviabiletin dəyərinin ödənilməsi qaydasını izah edirlər.

Xatırladaq ki, qeyd edilən iki əlavə reysə sərnişinlər Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyi tərəfindən təqdim edilən siyahıya əsasən buraxılacaqlar.

Tarix
2020.06.18 / 21:49
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda bu qanun ləğv edilə bilər

Azərbaycanlı iş adamı milyonluq kompleks aldı

Litva baş naziri Azərbaycana gəldi

Atəşkəsə nail olan 3 ölkə və İranı silahlandıran 2 güc...

Qalib Qasımov işdən çıxdı

Ceyhun Bayramov iranlı həmkarı ilə nələri müzakirə etdi?

Sibiqa Ceyhun Bayramova zəng etdi

Bakı və Astana hərbi əməkdaşlığı müzakirə etdi

Bayramov Koşerbayevi qəbul etdi - Foto

Bu, bütün dünya üçün təhlükədir - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla