Yuxarı

İsveçrə Kolumbiyanı məğlub etdi, Argentinaya rəqib oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsveçrə Kolumbiyanı məğlub etdi, Argentinaya rəqib oldu

2026.07.07 - 23:25

DÇ-2026-nın 1/8 final mərhələsində keçiriləcək İsveçrə - Kolumbiya matçı üçün heyətlər bəlli olub.

Axar.az xəbər verir ki, komandalar saat 00:00-da başlayacaq görüşə aşağıdakı heyətlə çıxacaqlar:

İsveçrə: 1 Qreqor Kobel, 4 Niko Elvedi, 5 Manuel Akanji, 13 Rikardo Rodriges, 6 Denis Zakariya, 8 Remo Froyler, 10 Qranit Caka, 14 Ardon Yaşari, 22 Fabian Rider, 7 Bril Embolo, 11 Dan Ndoy.

Ehtiyat oyunçular: 12 Ivon Mvoqo, 21 Marvin Keller, 2 Miro Muheym, 3 Silvan Vidmer, 18 Eray Cömert, 24 Aurel Amenda, 15 Cibril Sov, 16 Kristian Fasnaxt, 17 Ruben Varqas, 19 Noa Okafor, 23 Zeki Amduni, 26 Sedrik İtten.

Kolumbiya:12 Kamilo Varqas, 2 Daniel Munyos, 3 Con Lukumi, 14 Qustavo Puerta, 17 Yohan Moxika, 23 Devinson Sançes, 10 Xames Rodriqes, 11 Con Arias, 16 Cefferson Lerma, 7 Luis Dias, 25 Luis Suares.

Ehtiyat oyunçular: 1 David Ospina, 24 Alvaro Montero, 4 Santyaqo Arias, 13 Yerri Mina, 18 Viller Ditta, 22 Deyver Maçado, 5 Kevin Kastanyo, 6 Riçard Rios, 8 Xorxe Karraskal, 15 Xuan Portilya, 20 Xuan Kintero, 9 Con Kordoba, 19 Kuço Ernandes, 21 Xaminton Kampas, 26 Andres Qomes.

***

İsveçrə - Kolumbiya qarşılaşması start götürdü.

***

Qarşılaşmanın 90 dəqiqəsi ərzində hesab açılmadı. Qalibi müəyyən etmək üçün əlavə 30 dəqiqə oynanılır.

***

Əlavə olunmuş 30 dəqiqədə də tarazlıq pozulmadı. Qalibi müəyyən etmək üçün penalti zərbələri yerinə yetiriləcək.

***

Penalti zərbələrində daha dəqiq olan İsveçrə millisi 4-3 qalib gəlməklə Kolumbiyanı mundialdan kənarlaşdırdı. Bu nəticə ilə avropalılar 1/4 finala yüksəldi. İsveçrə bu mərhələdə Argentina seçməsi ilə üz-üzə gələcək.

Tarix
2026.07.08 / 02:51
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?

Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

Matviyenko Mehriban Əliyevaya zəng etdi

Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik etdi

Ziroat Mirziyayeva Mehriban Əliyevaya zəng etdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

İranla danışıqlar çıxılmaz vəziyyətdədir - Əbdülfati

Şövkət Mirziyayev Mehriban Əliyevanı təbrik etdi

Qərbin silah nəhəngləri ilk dəfə Bakıda

Laçının azad edilməsi tarixi ədalətin təntənəsi idi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla