Yuxarı

4345 manatlıq paltar oğurlayan qadına hökm oxundu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
4345 manatlıq paltar oğurlayan qadına hökm oxundu

Bakıda geyim mağazalarından 4345 manatlıq paltar oğurlayan qadına hökm oxunub.

Axar.az Xitab24.az-a istinadla xəbər verir ki, 42 yaşlı qadın “Kressent Moll” və “28 Moll”dakı “Massimo Dutti”, “Oyşo” və “Stradivarius” mağazalarından ümumilikdə 4345 manat dəyərində paltar oğurlayıb.

O özü ilə gətirdiyi xüsusi dəmir alətlə paltarların üzərindəki mühafizə maqnitlərini çıxarıb. Həmin açarı isə Bakıda bir mağazadan 20 manata aldığını deyib.

Oğurladığı geyimləri tanışlarına mağazada işləyən rəfiqələri vasitəsilə endirimlə aldığını söyləyərək satıb.

Son oğurluqdan sonra “28 Moll”ın çıxışında təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılıb.

Məhkəmənin hökmü ilə qadın 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Tarix
2026.07.08 / 00:09
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla