Yuxarı

Mingəçevirdə 17 yaşlı oğlan anasını öldürdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mingəçevirdə 17 yaşlı oğlan anasını öldürdü

Mingəçevirdə 17 yaşlı oğul qısqanclıq zəminində anasını bıcaqlayaraq öldürüb.

Axar.az xəbər verir ki, iyunun 21-də saat 05 radələrində Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsində yaşayan 1974-cü il təvəllüdlü Brilyant Hacıyevanın yaşadığı evdə bıçaqlanaraq öldürülməsi barədə Mingəçevir şəhər Prokurorluğuna məlumat daxil olub.

Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.

İlkin istintaqla hadisənin zərərçəkmişin oğlu, 2003-cü il təvəllüdlü Elmir Hacıyev tərəfindən qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Elmir Hacıyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Tarix
2020.06.21 / 10:58
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

Putindən Azərbaycanla bağlı açıqlama...

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla