Yuxarı

Abdullalar “ölümə” tərk edilib? – TƏBİB-dən cavab

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abdullalar “ölümə” tərk edilib? – TƏBİB-dən cavab

Koronavirusa yoluxmuş Müşfiq Abdulla və Nigar Abdulla hazırda Atletlər kəndində deyil.

Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qurumdan qeyd edilib ki, onların baxımsız qalması və “ölüm ayağında” olmaları barədə yayılan məlumatların əsası yoxdur:

“COVİD-19 testi pozitiv çıxdıqdan sonra jurnalist Müşfiq Abdulla və Nigar Abdulla Atletlər kəndinə yerləşdirilmiş, karantinə alınmışdı. Hazırda isə onlar 1 saylı Kliniki Tibbi Mərkəzə köçürülüblər və müalicələrini orada davam etdirirlər. Hər iki xəstənin vəziyyəti normaldır. Heç bir ağırlaşma yoxdur. Xəstəliyi hər ikisi yüngül keçirir. Onların müalicəsi üçün hər bir şərait var”.

Qeyd edək ki, sosial şəbəkələrdə Müşfiq və Nigar Abdullalar barədə narahatedici paylaşımlar edilir, onların ağır vəziyyətdə, hətta “ölüm ayağında” Atletlər kəndində qaldığı bildirilir.

Tarix
2020.06.24 / 15:15
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla