Yuxarı

Yol polisi taksi sürücülərinə müraciət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yol polisi taksi sürücülərinə müraciət etdi

Bakı şəhər Dövlət Yol Polisi paytaxtda fəaliyyət göstərən taksi sürücülərinə müraciət edib.

Axar.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə açıqlamasında bildirib ki, paytaxt ərazisində fəaliyyət göstərən taksilərdə şəffaf arakəsmələrin yaradılması vacibdir: "Sürücülərə bildiririk ki, istismar etdiyi nəqliyyat vasitəsində arakəsmələrin olması əsas şərtdir. Ən azından sərnişinləri daşıyarkən sürücü qoruyucu vasitələrin olmasına diqqət yetirməlidir.

Bunu tövsiyə edirik və bildiririk ki, şəffaf arakəsmə və qoruyucu vasitələrin olmaması karantin şərtlərinin pozulmasıdır və buna görə də şəxs İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsilə məsuliyyət daşıyır. Karantin qaydalarının pozulması 100 manat, qoruyucu vasitədən istifadə etməməyə görə isə 50 manat cərimə nəzərdə tutulur. Yol polisi sürücüləri buna görə məsuliyyətə cəlb edib cərimə yazmaq niyyətində deyil. Ona görə də profilaktik tədbirlərin keçirilməsinə üstünlük verməklə bir daha xatırladırıq ki, tələbləri yerinə yetirmək vacib şərtdir. Tələblərə riayət etməklə hər kəs özünü və yaxınlarını bu təhlükədən xilas edə bilər".

Tarix
2020.06.24 / 22:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla