Yuxarı

Bu, həkimlərimizin ölkədən getməsinə səbəb olacaq - Onkoloq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, həkimlərimizin ölkədən getməsinə səbəb olacaq - Onkoloq

Xəstə 4 iyun tarixində ağciyər, qaraciyər, böyrək, yumurtalıqlarda baş verən narahatlıqlarla xəstəxanamıza daxil oldu. Daha əvvəl bir neçə xəstəxanaya müraciət etsə də, qəbul olunmamışdı.

Axar.az xəbər verir ki, xəbər verir ki, bunu “Bona Dea” Beynəlxalq Hospitalın invaziv radioloq, invaziv onkoloqu Nicat Alışov 22 yaşlı pasiyent Təbəssüm Məmmədovanın meyitinin ailəsinə təhvil verilməməsi ilə bağlı məsələ ətrafında keçirilən mətbuat konfransında deyib.

"Xəstəyə heç bir xəstəxanada biopsiya edilməsə də, mən bunu etdim və qanaxma olmadı. Xəstə ölümcül qanaxma ilə xəstəxanaya daxil olmuşdu və mən evdən təcili gələrək komandamı yığdım. Xəstə ölümcül halda idi və müdaxilə edərək onu xilas etdim. Hər bir əməliyyatın və müalicələrin ölüm riski daşıdığı ailə üzvlərinə bildirildi", - o bildirib.

Həkim qeyd edib ki, heç bir ölkədə xəstə yaxını müalicə məbləği üçün etiraz etmir: "Atası onu 15 ildir görmədiyini dedi. Heç bir həkim istəməz ki, xəstəsi vəfat etsin. Mənim işim diaqnoz qoymaq və xəstənin ömrünü uzatmaqdır.

Belə əməliyyatlar həyat xilas edir. Heç bir xəstənin bizim əməyimizə kölgə salmaq haqqı yoxdur. Mən toplumumuzun linç psixologiyasından məyus oldum. Belə fikirlər həkimlərimizin ölkəni tərk etməsinə səbəb olacaq. Məsələ ilə bağlı bütün hüquqi işlər görüləcək".

Tarix
2020.06.30 / 12:20
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvanda Türkiyə bayrağı yandırıldı - Bakıdan reaksiya

Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

“Telegraf” Türkiyədən üzr istədi – Nə baş verir?

5 gəmimiz AB-nin sanksiya siyahısından çıxarıldı - Foto

"Qarabağ"ı uduzduran, "Sabahı" himayə edən kimdir?

Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşuldu

Bakıdakı səfir Acarıstanın sədri ola bilər

İsrailin Azərbaycandakı sabiq səfirinə vəzifə verildi - Foto

Laçın postunun qurulmasının Zəfər tarixində strateji əhəmiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla