Yuxarı

Zeynalov: Bu şəxslər poliklinikaya getməsin!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zeynalov: Bu şəxslər poliklinikaya getməsin!

Biz unutmayaq ki, insanların xəstəlikləri təkcə koronavirusdan ibarət deyil.

Axar.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Aparatının rəhbəri Nadir Zeynalov Operativ Qərargahın bugünkü brifinqində deyib.

"Müraciətlərin idarə olunması üçün Səhiyyə Nazirliyinə öhdəliklər verilib. Əgər kimsə özündə simptom hiss edirsə, poliklinikaya yaxınlaşmasın, o, digər şəxsləri də yoluxdura bilər. Sahə həkiminə xəbər verməklə, COVİD-19 məntəqələrində həmin şəxsi test edə bilərlər.

Xəstənin əlamətləri yüngüldürsə, onun müalicəsi sahə həkiminin nəzarəti altında aparılacaqdır. Xəstənin vəziyyəti ağırlaşdığı zaman təcili yardıma xəbər verdikdən sonra o, müvafiq pandemiya xəstəxanasına köçürüləcəkdir", - o bildirib.

N.Zeynalov qeyd edib ki, koronavirus yüksək ötürücülük qabiliyyətinə malikdir: "Özündə əlamət hiss edən insan poliklinikaya yaxınlaşdığı zaman onu müvafiq məntəqəyə yönləndirib, test edəcəklər və xüsusi nəqliyyat vasitəsi ilə evinə çatdıracaqlar".

Tarix
2020.06.30 / 19:00
Müəllif
Axar.az
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla