Yuxarı

"Azərişıq"dan əhaliyə müraciət: Evdən çıxmadan...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərişıq” ASC-nin smart kart sayğacı olan abunəçiləri evdən çıxmadan kart balansını artıra biləcək.

Bu barədə Axar.az-a "Azərişıq"dan məlumat verilib.

Məlumata görə, bu istiqamətdə işlər yekunlaşıb, bütün texniki məslələr həll edilib.

"Ölkənin kommunal sektorunda ilk dəfə "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti belə bir innovativ və günün tələblərinə uyğun yeniliyə imza atmışdır. Azərişıq mobil əlavəsi istifadəçiləri smart kart balanslarını evdən çıxmadan smartfonları vasitəsiylə artıra biləcəklər. Mobil uyğulamanı Play marketlərdən rahatlıqla əldə edə bilərsiniz.

Bütün dünyada olduğu kimi, ölkəmizdə də COVİD-19 virusunun yayılmasının qarşısının alınması tədbirləri həyata keçirildiyi bir dövrdə abonentlərimizin evdən çıxmadan bir sıra əməliyyatları "Azərişıq” ASC-nin rəsmi saytı və ya xüsusi mobil əlavələr vasitəsilə həyata keçirməsi təmin edilmişdir.

Bu tipli layihələr texnoloji imkanlardan daha çox sosial xarakter daşıdığından hazırki karantin dövründə əhalinin ümumi təyinatlı terminallar, nağd ödəniş vasitələri və s. daha az təmasda olması vacib şərtlərdəndir. Məhz bu səbəbdən, hər iki tərəf mütəxəssisləri qısa müddət ərzində mobil telefonla smart-kart balansının artırılmasının, belə deyək - fərdiləşdirilmiş imkanını işləyib hazırladı.

Layihənin prioritet şərtlərindən biri də cihazın və mobil tətbiqin abonentlər tərəfindən istifadə sadəliyi və asanlığı idi ki, buna da nail olundu.

İlkin mərhələdə istifadəçi smartfona qoşulan kart oxuyucunu əldə etməlidir ki, smart kartının balansını evdən çıxmadan artıra bilsin. İstifadəsi cox rahat olmaqla yanaşı heç bir əlavə proqram açmadan kart oxuyucu smartfona qoşulur, Azərişıq mobil tətbiqi açılır və smart kart oxuyucuya daxil edilərək menyudaki "OXU” düyməsi sıxılaraq kart məlumatları oxunur daha sonra altdakı səkmədən məbləğ daxil edilir və "ÖDƏ” düyməsi sıxılır açılan pəncərədə ödəniş kartı məlumatları daxil edilir və "OK” düyməsi sıxılır.

Bir neçə saniyə ərzində ödənilən məbləğ smart karta yazılır. Smart kartınızı sayğaça daxil etməklə balansınızı artırmış olursunuz.

Artıq evdən çıxmadan istənilən vaxt kart balansınızı rahatlıqla artıra bilərsiniz...

Evdə qalın. Sağlam olun. Özünüzü və yaxınlarınızı qoruyun!" - açıqlamada bildirilir.

Tarix
2020.06.30 / 23:53
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp istədi, AB əməl edir: Rusiyadan idxal dayandırılır...

Bayramov Marta Kos ilə bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla