Yuxarı

Türk ölkələrində buna diqqət etmək lazımdır - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk ölkələrində buna diqqət etmək lazımdır - Video

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qardaş Türkiyənin tanınmış jurnalisti Mövlud Yeninin təqdimatında “Yeni Baxış” proqramının qonağı olub.

Axar.az xəbər verir ki, proqramda dünyanı cənginə alan koronavirus pandemiyası, qardaş Türkiyədə və Azərbaycanda bu bəşəri problemlə mübarizə istiqamətində görülən işlər, BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması və bir sıra başqa önəmli məsələlər geniş müzakirə olunub.

Həmçinin mayın 4-də Azərbaycan Prezidentinin təşəbbüs və sədrliyi ilə 120 üzvlü Qoşulmama Hərəkatının Təmas Qrupunun COVİD-19-a həsr edilmiş virtual Zirvə görüşü, yenə Azərbaycan Prezidentinin təşəbbüsü və sədrliyi ilə aprelin 10-da Türk Şurasının virtual Zirvə görüşünün keçirilməsi geniş şərh edilib.

Millət vəkili təəssüflə bildirib ki, pandemiya nəinki ölkələrin iqtisadiyyatına, bu planda daha çox, sosial müdafiəyə ehtiyac hiss edən insanlara da böyük ziyan vurur. Odur ki, belə çətin zamanda türk dünyası ölkələri bir-birinin vətəndaşlarına, COVİD-19 səbəbindən müxtəlif çətinliklərlə üzləşən sadə insanlara dəstək olmalı, tarixi qardaşlıq və türk xalqlarına məxsus qonaqpərvərlik, xeyirxahlıq missiyasını daha dərindən tətbiq etməlidirlər.

Qənirə Paşayeva COVİD-19-un ən böyük zərər verdiyi sahələrdən birinin turizm sektoru olduğunu bildirib:

“Azərbaycan keçən il turizm sektorundan 3 milyon manat gəlir əldə etmişdi. İndi pandemiya səbəbindən sərhədlərin bağlanması bu sektordan gələn gəlirlərin ən aşağı səviyyəyə enməsinə səbəb olub”.

Q.Paşayeva dünyanın hər yerində yaşayan türkləri Qarabağ həqiqətlərinin dünyada təbliğində daha fəal olmağa çağırıb.

Sözügedən proqramın videosunu təqdim edirik:

Tarix
2020.07.02 / 17:20
Müəllif
Axar.az
Digər xəbərlər

Macarıstan Qarabağda bu kəndin bərpasına 30 milyon ayırır

Əliyevin Gürcüstan səfəri: Bu əlaqələr genişləndirilir!

Ermənistan əhalini sərhədə köçürür: Bu ərazilər qaytarılacaq

İran 10 bəndlik sülh təklifini təqdim etdi - Nələr var?

Ukrayna rus ordusundan əsir götürdü, Azərbaycana verdi

Prezidentdən Tiflis səfəri ilə bağlı - Videoçarx

Başçı Ülviyyə Əliyevanı işdən çıxartdı

İlham Əliyevin Tiflis səfəri başa çatdı

Bakıda bu evlərin qiyməti kəskin düşəcək

Azərbaycanda dollar ucuzlaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla